Hesablama Palatası hesabat verdi

 

Aprelin 5-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirildi. İclasda ilk olaraq Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinlənildi. Hesabatı Hesablama Palatasının sədri Heydər Əsədov diqqətə çatdırdı. Hesabatda əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də müvafiq qanunvericilik aktlarına uyğun olaraq Palatanın illik fəaliyyətinin nəticələri, o cümlədən planında nəzərdə tutulmuş audit tədbirlərinin ekspert-analitik təhlillərin icra vəziyyəti, dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsi üzrə müvafiq qanun layihələrinə, dövlət büdcəsinin icrası haqqında və dövlət büdcəsinə dəyişikliklər edilməsi barədə qanun layihələrinə hazırlanmış rəylər, habelə Palatanın cari fəaliyyətinin təşkili üzrə görülmüş işlər əks etdirilib.

Qeyd edildi ki, qlobal böhranın təsiri nəticəsində dünya iqtisadiyyatında artım templərinin zəifləməsi fonunda ötən il ölkəmizdə ÜDM-in istehsalı üzrə əvvəlki illə müqayisədə 2,2 faiz artım olub ki, bu uğurlu göstərici makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın sahə və regional strukturunun optimallaşdırılması, monetar və fiskal siyasətin mövcud şəraitə uyğun uzlaşdırılması, iqtisadi potensialın gücləndirilməsi üçün diversifikasiya siyasətinin həyata keçirilməsini təmin edən tədbirlərin artırılması və qeyri-neft sektorunun daha sürətli inkişafına nail olunması, maliyyə potensialının və valyuta ehtiyatlarının daha da gücləndirilməsi və s. istiqamətlərdə görülən işlər nəticəsində əldə olunub.

Müsbət nəticələrin davamlı olması daha böyük iqtisadi artımların əldə edilməsi  strategiyası, öz növbəsində, ölkəmizdə artan maliyyə vəsaitlərinin effektiv idarə edilməsini onlardan istifadə zamanı səmərəliliyin daha da yüksəldilməsini prioritet vəzifələrdən birinə çevirir. Bu isə büdcə vəsaitlərinin məqsədyönlü qanunvericiliyə uyğun bölüşdürülməsi səmərəli istifadə olunmasında, habelə şəffaflıq hesabatlılığın artırılmasında qarşıya qoyulmuş vəzifə öhdəliklərin vaxtında dəqiq yerinə yetirilməsi üzrə kənar dövlət maliyyə nəzarətinin rolunun gücləndirilməsini daha da aktuallaşdırır.

Hesabat ilində bu vəzifələrin icrası olaraq Hesablama Palatası maliyyə-büdcə nəzarəti fəaliyyətinin daha səmərəli təşkil olunmasına, nəzarət tədbirlərinin audit standartları üzrə normativ sənədlərin tələblərinə uyğun keyfiyyətlə həyata keçirilməsinə xüsusi önəm verib.

Palata tərəfindən 2010-cu ildə 41 audit 6 analitik təhlil işi, 2011-ci ildə 46 audit 7 analitik təhlil işi həyata keçirilmişdisə, 2012-ci ildə 68 audit 2 analitik təhlil işinin keçirilməsi təmin edilib. Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə Hesablama Palatası tərəfindən nəzərdə tutulan planı ilə təsdiq edilən nəzarət tədbirləri həyata keçirilib.

Müzakirələr zamanı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlardan Mübariz Qurbanlı, Siyavuş Novruzov, Zahid Oruc, Vahid Əhmədov, Əli Məsimli, Tahir Rzayev digərləri Hesablama Palatasının hesabatını müsbət qiymətləndirdilər. Hesabatların ildən-ilə daha geniş və hərtərəfli şəkildə parlamentə təqdim olunduğunu deyən deputatlar eyni zamanda təkliflərini verdilər. Hesablama Palatasının sədri Heydər Əsədov səslənən fikirlərə münasibət bildirdikdən sonra hesabat səsə qoyuldu və nəzərə alındı.

İclasda "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarıldı. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki,  İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına görə cərimə sanksiyası hazırda 50 manatdır. Təklif olunan əlavəyə əsasən isə cərimə sanksiyasının 150 manat olması nəzərdə tutulur. Qanun layihəsi təsdiq olundu.

Əli Hüseynli "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsini müzakirəyə təqdim etdi. Layihəyə əsasən bu qanunun 35-ci maddəsinin VIII hissəsinin yeni redaksiyada verilməsi təklif olunur. Dəyişikliyə əsasən sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı tibbi arayış tələb olunmur. Yalnız  60 yaşı tamam olan və siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər tibbi arayış təqdim etməlidirlər. Qanun layihəsi təsdiq olundu.

İclasda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" digər qanun layihəsi müzakirə edildi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dedi ki, təklif olunan dəyişikliklər nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi məsələləri ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən yeni nəqliyyat vasitələri istehsal olunduğu tarixdən 4 il sonra texniki baxışdan keçməlidirlər. Nəqliyyat vasitələri istehsal olunduqları vaxtdan 4 il keçdikdə 2 ildə bir dəfə, 10 il keçdikdə isə hər il texniki baxışdan keçməlidirlər.

İclasda "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edildi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu barədə məlumat verərək bildirdi ki, dəyişikliyə əsasən Cinayət Məcəlləsinə 263-1-ci maddənin əlavə edilməsi təklif olunur. Bu maddəyə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş haldaya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zamanı cinayət məsuliyyəti öz əksini tapıb. Layihədə göstərilir ki, bu maddədə nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olanya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan ikiya daha çox şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Qanun layihəsi təsdiq olundu.

Müzakirələr zamanı yol hərəkəti nəqliyyat vasitələrinin istismarı ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklərin yol hərəkəti təhlükəsliyinin yüksəlməsinə müsbət təsir edəcəyi bildirildi. Milli Məclisin Sədri Oqtay Əsədov yol hərəkətində təhlükəsizliyin təmin olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin gücləndirilməsinin vacibliyini qeyd etdi.

İclasda "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi qısa müzakirədən sonra qəbul olundu.

Milli Məclisin dünən keçirilən iclasında son olaraq "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) müzakirə edildi. Layihə ilə bağlı deputat Azay Quliyev məlumat verdi. Bu qanunun qəbulunda məqsəd Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan vətəndaşlarının Konstitusiyanın 55-ci maddəsinin I hissəsində təsbit edilmiş dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləməkdir. Layihə ilə bağlı Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Mübariz Qurbanlı, Tahir Rzayev, İlham Məmmədov, Cavanşir Feyziyev, Qüdrət Həsənquliyev fikirlərini bildirdilər. Yekunda qanun layihəsi birinci oxunuşda qəbul olundu.

 

 

Rəşad CƏFƏRLİ.

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 1-2.