Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilmişdir

 

Aprelin 5-də Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Böyük şəxsiyyət, əbədi lider" adlı konsert proqramı təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərdiyi qayğını əks etdirən film nümayiş olunmuşdur.

Sonra tədbir geniş konsert proqramı ilə davam etmişdir.

Konsertdə tanınmış aktyor, əməkdar artist Əli Nur şair İlyas Tapdıqın "Heydər ömrü" şeirini söyləmişdir. Daha sonra Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı, T.İsmayılov adına uşaq-gənclər yaradıcılıq sarayının rəqs qrupu və digər musiqi kollektivləri ulu öndərə həsr olunmuş musiqi nümunələri ilə çıxış etmişlər.

Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

 

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 3.