Bahar MURADOVA: Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin Qadınlar Qolunun birinci iclasının Bakıda keçirilməsi mühüm hadisədir

 

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin Qadınlar Qolunun birinci iclasının Bakıda keçirilməsi mühüm hadisədir və siyasi həyatda Azərbaycan qadınlarının rolunun göstəricisidir. Bu fikri Milli Məclis Sədrinin müavini Bahar Muradova səsləndirmişdir.

O vurğulamışdır ki, komitə böyük siyasi əhəmiyyət daşıyır, çünki bura Asiyanın 72 ölkəsindən 300-dən çox partiya daxildir. B.Muradova demişdir: "Bu, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Bakıda sayca üçüncü tədbiridir. Bundan əlavə, yayda  gənclər festivalının keçirilməsi də gözlənilir. Azərbaycanın siyasətlə məşğul olan qadınları bu təşkilat çərçivəsində öz qüvvələrini dünyanı narahat edən problemlərin həllinə yönəldə biləcəklər".

B. Muradava onu da vurğulamışdır ki, Azərbaycan Asiya ölkələri ilə münasibətlərin bundan sonra da inkişaf etdirilməsində maraqlıdır.

Qeyd edək ki, Bakıda keçirilən tədbirdə dünyanın 25 ölkəsindən 50-dən çox nümayəndə heyəti iştirak edir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 6.