Əli ƏHMƏDOV: Hesab edirəm ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin Qadınlar Qolunun yaradılması sayəsində ölkələri izin qadınları sülh və inkişaf işinə öz töhfəsini verə biləcəklər

 

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov jurnalistlərlə söhbətində demişdir: "Bildiyiniz kimi, bir neçə ay əvvəl  Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyası keçirilən zaman Yeni Azərbaycan Partiyası təşəbbüs göstərərək həmin qurumun Qadınlar Qolunun yaradılması təklifi ilə çıxış etmişdir.

Bu gün biz qürur hissi ilə deyə bilərik ki, Qadınlar Qolunun  yaradılmasına dair təşəbbüsümüz müsbət qarşılanmış, üstəlik,  onun birinci iclasının Bakıda keçirilməsi qərara alınmışdır. Zənnimcə,  bu iclasın keçirilməsi böyük hadisədir və onu komitənin inkişafı işinə YAP-ın töhfəsi kimi qəbul etmək lazımdır. Hesab edirik ki, Asiya ölkələrinin siyasi həyatında qadınların rolunun artırılmasına böyük zərurət vardır, bu konfrans həmin məqsədlərə yol açacaqdır. Hesab edirəm ki, sözügedən komitənin Qadınlar Qolunun yaradılması sayəsində ölkələrimizin qadınları Asiyada sülh və inkişaf işinə nəzərəçarpacaq töhfə verəcəklər".

Əli Əhmədov Xocalı aeroportunun açılması imkanları barədə sualları cavablandırarkən demişdir: "Bir çox beynəlxalq təşkilatlar və vasitəçilər birmənalı şəkildə vurğulamışlar ki, bu aeroportun açılması bütün Cənubi Qafqazda sülh prosesinə ciddi ziyan vura bilər. Erməni tərəfi fitnəkar  hərəkətlərinə son qoymaq istəmirsə, bu, onların dünya birliyinə meydan oxumaq  niyyətindən xəbər verir. İndiki halda  Azərbaycanın da öz mənafelərinə uyğun hərəkət etmək və erməni tərəfinin fitnəkar hərəkətlərinin qarşısını almaq hüququ vardır".

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 6.