Azərbaycan
Respublikasının Baş prokuroru Zakir Qaralov Ağstafada qərb
rayonlarının sakinləri ilə
görüşmüşdür
Azərbaycan Respublikasının Baş prokuroru
Zakir Qaralov aprelin 5-də Ağstafa Rayon Prokurorluğunun
binasında Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy
rayonlarının sakinləri ilə
görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdən əvvəl mətbuata
açıqlama verən Baş prokuror Z.Qaralov demişdir ki,
belə görüşlərin keçirilməsi bölgə
əhalisinin problemlərinin, rəylərinin və təkliflərinin
öyrənilməsinə və onların operativ həllinə
xidmət edir. Rayon əhalisinin problemləri yerindəcə
öyrənilir və onların həlli istiqamətində məqsədyönlü
işlər görülür.
Görüşdə
Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy
rayonlarından 100-dən çox sakin iştirak etmişdir.
Baş
prokuror vətəndaşların müraciətlərini, rəy
və təkliflərini dinləmişdir.
Sakinləri narahat edən bəzi problemlərin həlli
ilə bağlı müvafiq tapşırıqlar
verilmişdir.
Azərbaycan.- 2013.- 6 aprel.- S. 6.