Kənd təsərrüfatı
naziri Salyanda aran bölgəsində yaşayan vətəndaşlar
ilə görüşmüşdür
Aprelin 5-də kənd təsərrüfatı naziri İsmət Abasov Salyan rayon ərazi kənd təsərrüfat idarəsində Salyan, Sabirabad, Hacıqabul, Saatlı, Biləsuvar, Neftçala, Cəbrayıl rayonlarının vətəndaşları ilə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, qəbulda bölgənin 100-dən
çox sakini iştirak etmişdir.
Qəbulda
iştirak edən sakinlər əsasən kənd təsərrüfatı
məhsulları istehsalının ayrı-ayrı sahələrində
qarşıya çıxan problem və çətinliklərin
həlli ilə bağlı kömək istəmiş, səmərəli
təkliflər irəli sürmüşlər.
Müraciət
edən vətəndaşlar texniki peşə xidmətlərinin
xidmət tarif dərəcələrinin 15-20 faiz
aşağı salınması, subsidiyaların birləşdirilərək
ildə bir dəfə verilməsi, mineral gübrələrin
qiymətlərinin 30-40 faiz aşağı salınması,
rayonlarda müasir avadanlıqlarla təmin edilmiş aqrokimya
laboratoriyaların yaradılması, məhsul tədarükü
məntəqəsi və bazalarının yaradılması, kənd
təsərrüfatı məhsulları
istehsalçılarını kreditləşdirən kredit
bankının yaradılması və digər məsələlərlə
bağlı kömək istəmişlər.
Qəbul
zamanı vətəndaşları narahat edən məsələlərin
bir neçəsi yerindəcə həll olunmuş, digər
müraciətlər isə müvafiq qurumlara
çatdırılmaq üçün qeydə
alınmışdır.
Azərbaycan.- 2013.- 6 aprel.- S. 6.