Birgə ortaq türk tarixi araşdırılacaq, yaradılacaq və
yazılacaqdır
Prezident İlham
Əliyevin təşəbbüsü ilə birgə ortaq türk tarixi araşdırılacaq, yaradılacaq və
yazılacaqdır.
AzərTAc
xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun
direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir
üzvü Yaqub Mahmudov jurnalistlərə müsahibəsində
söyləmişdir. Bildirmişdir ki, birgə ortaq türk
tarixinin araşdırılması, yaradılması və
yazılması istiqamətində AMEA-nın Tarix İnstitutu
ilə Atatürk Araşdırma Mərkəzi arasında
"Elmi əməkdaşlıq protokolu"
imzalanmışdır. Bu istiqamətdə türk
tarixçiləri ilə müxtəlif danışıqlar
aparılmış və birgə razılıq əldə
olunmuşdur. Y.Mahmudov bu uğuru Prezident İlham Əliyevin Azərbaycan
elminə göstərdiyi diqqət və qayğının nəticəsi
kimi qiymətləndirmişdir. Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın Şəkiyə səfəri
zamanı azərbaycanlı alimlər onunla
görüşmüş və dövlət
başçısının təşəbbüsü ilə
qərara alınmışdır ki, Azərbaycan tarixçiləri
türkiyəli alimlərlə birgə ümumtürk tarixinin
araşdırılması işinə başlasınlar.
Azərbaycan.- 2013.- 6 aprel.- S. 8.