Müalicə
müəssisəsində məhkumların gözlərində
cərrahiyyə əməliyyatı aparılmışdır
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən
görkəmli alim, akademik
Zərifə xanım Əliyevanın 90 illik
yubileyinə həsr olunmuş bir sıra tədbirlər həyata keçirilir.
Cəzaçəkmə
müəssisələrində saxlanılan məhkumlar
arasında göz xəstəliklərini vaxtında aşkar
etmək və tibbi yardım göstərmək məqsədilə
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin
əməkdaşlarının iştirakı ilə geniş
ixtisaslaşdırılmış tibbi müayinələr təşkil
edilmişdir. Mart-aprel ayları ərzində 80-ə yaxın
məhkumun görmə orqanları müasir
avadanlıqların köməyi ilə müayinə
edilmiş, 10-a yaxın məhkum daha dəqiq müasir
avadanlıqlarla müayinə olunmaq üçün Mərkəzə
göndərilmişdir.
Penitensiar
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən
AzərTAc-a bildirmişlər ki, aprelin 5-də Xidmətin
müalicə müəssisəsində Akademik Zərifə Əliyeva
adına Milli Oftalmologiya Mərkəzinin xüsusi səyyar
oftalmoloji müayinə və əməliyyat blokunda mərkəzin
əməkdaşlarının iştirakı ilə 10-dan
artıq məhkumun gözlərində cərrahiyyə əməliyyatı
aparılmış, 30 məhkum əlavə oftalmoloji
müayinələrə cəlb olunmuş və onlara eynəklər
paylanılmışdır.
Məhkumların
görmə orqanlarında yaranan xəstəliklərin
müasir tələblərə cavab verən səviyyədə
müalicəsini təmin etmək üçün Tibb Baş
İdarəsi tərəfindən Akademik Zərifə Əliyeva
adına Milli Oftalmologiya Mərkəzi ilə səmərəli
əməkdaşlıq əlaqələri
yaradılmışdır. Cari ildə cəzaçəkmə
müəssisələrinin 12 məhkumu Mərkəzə
göndərilərək cərrahiyyə əməliyyatı
olunmuş, 24 məhkum müxtəlif əlavə müasir
oftalmoloji müayinələrə cəlb edilmişdir. Mərkəzin
mütəxəssisləri tərəfindən cəzaçəkmə
müəssisələrində 128 məhkum üzərində
tibbi baxış və oftalmoloji müayinə həyata
keçirilmişdir. Bu əməkdaşlıq məhkumlara
yüksək səviyyəli oftalmoloji yardımın təmin
edilməsinə köməklik göstərir.
Azərbaycan.- 2013.- 6 aprel.- S. 8.