«Smart kart» sayğaclarına ödənişdə yeniliklər edilib

 

"Smart kart" tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemləri aradan qaldırmaq məqsədilə bir sıra yeniliklər tətbiq edilib.

Bununla bağlı  zəruri islahatlar aparılıb. Belə ki, kütləvi ödənişlərin artması daha güclü proqram təminatına ehtiyac yaratdığından mart ayından etibarən ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi yenilənmiş proqram təminatının tətbiqinə başlayıb. Bu, təxminən 1 milyon abonentə keyfiyyətli xidmət göstərməyə imkan verir. Həmçinin "smart kart" tipli qaz sayğaclarının ödəmə məntəqələrinin şəbəkəsi də genişləndirilib. Cari ilin mart ayından etibarən istehlakçılar ödənişləri mövcud ödəniş terminalları ilə yanaşı, digər bir şirkət - "Modenis" MMC-yə məxsus ödəniş terminallarında da həyata keçirə bilirlər.

Xatırladaq ki, 2013-cü il aprelin 1-nə olan məlumata görə, əhali kateqoriyasına aid abonentlərin mənzillərində "smart-kart" 700285 tipli qaz sayğacı quraşdırılıb.

 

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 9.