İranın nüfuzlu xəbər portalında daşnak-bolşevik hərbi birləşmələrinin 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri soyqırımından bəhs edən geniş yazı yerləşdirilmişdir

 

İranda fəaliyyət göstərən nüfuzlu  www.anaj.ir xəbər portalı farsingilis dillərində 1918-ci ilin martında daşnak-bolşevik hərbi birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımının dəhşətlərindən bəhs edən məlumat yaymışdır.

 "31 mart-Azərbaycanlıların ermənilər tərəfindən qətliamının ildönümüdür" (http://anaj.ir/news/pages/28084http://anaj.ir/news/pages/28084) sərlövhəli materialda yazılır: "Bu il  bolşevik və daşnaklar tərəfindən azərbaycanlıların qətliamının 95-ci ildönümüdür. Bolşevik-daşnak hərbi birləşmələrinin 1918-ci il martın 30-dan 31-nə keçən gecə təkcə Bakıda öldürdükləri minlərlə günahsız insanların əksəriyyəti uşaq, qadın və qocalar idi. 1918-ci ildə erməni daşnaklar Ermənistan adlı dövlət qurduqdan sonra Stepan Şaumyanın rəhbərliyi ilə ermənilər martaprel aylarında Bakı, Şamaxı və digər Azərbaycan şəhərlərində minlərlə günahsız insanı qətliama məruz qoymuşlar. S.Şaumyanın rəhbərlik etdiyi qırğın aprelin 2-dək davam etmişdir. İnsanlığa qarşı yönəlmiş mart  faciəsində Bakıda müsəlman ziyarətgahları və məscidlər yandırılmış və dağıdılmışdır. Bakının ən böyük məscidi olan Təzəpir məscidi də topa tutularaq yerlə-yeksan edilmişdir. 31 mart  Şamaxı faciəsində birləşmiş daşnakbolşevik ordusu  hücum etdiyi 53 kənddə 8027 nəfəri, o cümlədən 2560 qadını, 1277 uşağı qətlə yetirmişdir. Qubanın 162 kəndində 16 min nəfərdən çox günahsız azərbaycanlı qətliama məruz qalmışdır. Onlar hətta azərbaycanlı qadın və uşaqlara işgəncə verir və onları yandırırdılar.  Lənkəranda kəndlərə od vurulmuş, on minlərlə insan  vəhşicəsinə qətlə yetirilmişdir."

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

 

Tehran.

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 10.