Azərbaycanın
tolerantlıq mühiti yüksək qiymətləndirilmişdir
Azərbaycanda səfərdə olan Kanada parlamenti
İcmalar Palatası sədrinin müavini, Kanada-Azərbaycan dostluq
qrupunun sədri Barri Devolinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 5-də Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin (DQİDK) sədri Elşad
İskəndərov ilə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə Azərbaycanda
mövcud tolerantlıq mühiti, dinlərarası münasibətlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Elşad İskəndərov Kanada ilə Azərbaycan
arasında mövcud olan dostluq münasibətlərinin
hazırkı durumundan məmnunluğunu ifadə etmişdir.
E.İskəndərov Kanadanın beynəlxalq platformada Azərbaycanın
haqlı mövqeyinə, ölkəmizin ərazi
bütövlüyünə verdiyi dəstəyə görə
təşəkkürünü bildirmişdir.
Daha
sonra E.İskəndərov Azərbaycanda dövlət-din
münasibətləri, DQİDK-nın son vaxtlar
gördüyü işlər, dini maarifləndirmə sahəsində
yeni təşəbbüslər, dövlətimizin milli-mənəvi
və dini-tarixi dəyərlərin qorunması, inkişaf
etdirilməsi istiqamətində dəstəyi barədə ətraflı
məlumat vermişdir.
Öz
növbəsində, qonaqlar Azərbaycana səfərdən məmnunluqlarını
ifadə etmişlər.
Kanada
parlamenti İcmalar Palatası sədrinin müavini, Kanada-Azərbaycan
dostluq qrupunun sədri Barri Devolin Azərbaycandakı mövcud
tolerantlıq mühiti barədə məlumatlı olduğunu
bildirmiş və bunu yüksək qiymətləndirmişdir.
Azərbaycan.- 2013.- 6 aprel.- S. 11.