Azərbaycan aliminin kitabı
Parisdə çap olunmuşdur
Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın Kibernetika İnstitutunun əməkdaşı,
İstanbul Universitetinin
professoru Elimxan Mahmudovun "Single Variable Differential and Integral
Calculus" ("Təkdəyişənli
diferensial və inteqral hesabı") adlı 388 səhifəlik
kitabı dünya riyaziyyatçılarının böyük dəstəyi
ilə Parisdə
"Springer" nəşriyyatında çapdan çıxmışdır.
Müasir
dünya universitetləri,
riyaziyyatçı alimlər
üçün nəzərdə
tutulmuş bu kitabda həqiqi və kompleks saylar və nəzəriyyəsi, vektor
fəzalar, çoxluqlar
və onların bəzi topoloji xassələri diferensial və inteqral hesabı və onların tətbiqi, funksional ardıcıllıqlar
və onların kompleks dəyərli funksiyalar halına genişlənməsi məsələləri əksini tapmışdır.
Bütün bunlarla bərabər, kitabda atom enerjisi və böhran kütlədən, atom reaktorlarının
işləmə prinsiplərindən
bəhs edilmiş, o cümlədən Çernobıl
Atom Elektrik Stansiyasında
baş verən qəzanın başlıca
səbəbləri bir
daha izah edilmişdir.
Bu nəşr həmyerlimizin xarici ölkələrdə çap olunmuş üçüncü kitabıdır. Onun ABŞ-da "Elsevier" nəşriyyatı tərəfindən çap olunmuş, optimal idarəetmə sahəsində, dərin riyazi elmə əsaslanan "Approximation and Optimization of Discrete and Differential Inclusions" (Appoksimasiya, diskret və diferensial daxiletmələrin optimizasiyası") 396 səhifəlik kitabı da dünya riyaziyyat aləmində müstəsna kitablardan biridir. Təkcə onu demək kifayətdir ki, bu kitab ABŞ-ın 67 ən qabaqcıl universitetində tədris olunmaqda, öyrənilməkdədir. Müəllif bu kitabı Xocalı soyqırımı qurbanlarına həsr etmişdir.
AzərTAc
Azərbaycan.- 2013.- 6 aprel.- S. 12.