Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 59 Bakı şəhəri,
4 aprel 2013-cü il
"Dəniz limanı
kapitanı haqqında Əsasnamə"nin, "Dənizdə
gəmilərdə baş vermiş qəzaların
araşdırılması Qaydaları"nın və "Gəmilərin
nəzarət yoxlamasına dair Əsasnamə"nin təsdiq edilməsi barədə
"Azərbaycan
Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 6 iyul tarixli 669 nömrəli Fərmanının
1.1.3-cü, 1.1.4-cü və 1.1.5-ci yarımbəndlərinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Dəniz limanı kapitanı haqqında Əsasnamə"
təsdiq edilsin (1 nömrəli əlavə).
2.
"Dənizdə gəmilərdə baş vermiş qəzaların
araşdırılması Qaydaları" təsdiq edilsin (2
nömrəli əlavə).
3.
"Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə"
təsdiq edilsin (3 nömrəli əlavə).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Qeyd:
Nazirlər Kabinetinin 59 saylı, 4 aprel 2013-cü il tarixli qərarının
əlavələrinin (1, 2, 3) tam mətni ilə
www.azerbaijan-news.az saytında tanış ola bilərsiniz.
Azərbaycan.- 2013. 7 aprel.- S. 1.