Akademik Zərifə
Əliyeva adına liseydə “Heydər Əliyev
məktəblilərin gözü ilə”
mövzusunda yekun inşa yazı müsabiqəsi
keçirilmişdir
Aprelin 6-da akademik Zərifə Əliyeva
adına liseydə ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illiyinə həsr olunmuş "Heydər Əliyev
məktəblilərin gözü ilə" mövzusunda
yekun inşa yazı müsabiqəsi keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə təhsil naziri Misir Mərdanov
çıxış edərək ulu öndər Heydər Əliyevin
anadan olmasının ildönümünə həsr
olunmuş inşa yazı müsabiqəsinin artıq bir ənənəyə
çevrildiyini bildirmiş, məktəblilərin bu
müsabiqələrə böyük maraq və həvəs
göstərdiklərini qeyd etmişdir. Bildirmişdir ki,
Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil,
Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı
ilə reallaşdırılmış müsabiqədə
respublikanın müxtəlif şəhər və
rayonlarından, peşə liseyləri və orta ixtisas məktəblərindən
şagirdlər iştirak etmişlər. Müsabiqə
üç mərhələdə (məktəb, rayon (şəhər)
və respublika mərhələlərində) aparılır.
Bugünkü yekun müsabiqəsində isə 108 şagird
iştirak edir. Qaliblərin mükafatlandırılması
mayın 4-də olacaqdır. Bilik yarışı qaliblərinin
ulu öndər haqqında öz fikir və düşüncələrini
ülvi hisslərlə, sonsuz ehtiramla ifadə etdikləri
yazıları kitabça şəklində çap
olunacaqdır.
Sonra
şagirdlərə müsabiqənin mövzusu elan
olunmuşdur. "Ulu öndər Heydər Əliyev nəsillərə
nümunə olan dahi şəxsiyyət..." mövzusunda
yekun inşa üçün iştirakçılara 3 saat
vaxt verilmişdir.
Azərbaycan.- 2013.- 7 aprel.- S. 3.