Azərbaycan
xarici mətbuatın diqqət mərkəzindədir
Bakıda İqtisadi
Forumun keçirilməsi ölkəmizin reytinq göstəricisinin
artdığının sübutudur
Azərbaycanın xarici siyasətdə nail olduğu uğurlar bu gün bütün dünyanı heyran edir, dövlətimizə olan etimadı artırır. İndi ölkəmiz ən nüfuzlu beynəlxalq qurumlarda təmsil olunur, səsi eşidilir.
Müstəqil Azərbaycan aparıcı beynəlxalq təşkilatlar çərçivəsində özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə ölkənin milli maraqlarını maksimum səviyyədə təmin etməyə nail olub. Ölkədə aparılan məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan həm də dünya miqyaslı siyasi-mədəni kütləvi tədbirlərə ev sahibliyi edən mərkəzlərdən birinə çevrilib.
Belə mötəbər beynəlxalq siyasi tədbirlərin keçirilməsi üçün məhz ölkəmizin seçilməsi təsadüfi deyil. Azərbaycan qədim və zəngin mədəniyyətə, tarixə malik olması və müasir dünyanın siyasi səhnəsində oynadığı rola görə də bu cür tədbirlərin keçirilməsi üçün əhəmiyyətli məkana çevrilib. Bununla yanaşı, ölkəmizin sürətli inkişafı, dünya birliyində nüfuzunun artması ölkəmizdə siyasi anlaşmaya xidmət edən belə tədbirlərin keçirilməsini şərtləndirir. Bu isə, öz növbəsində, qloballaşan dünyada siyasi dialoqa, qarşılıqlı anlaşmaya kömək edir.
Təbii ki, bütün bu nailiyyətlər dünya mətbuatının diqqətindən yayınmır. Azərbaycanın bütün sferalarda sürətli inkişafı, qazandığı uğurları aparıcı beynəlxalq KİV-lərdə daim öz əksini tapır. Belə ki, müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycana təşrif buyuran dünya və Avropanın bir sıra nüfuzlu KİV təmsilçiləri qayıdarkən ölkəmizin inkişafına, xalqımızın qonaqpərvərliyinə, zəngin mədəniyyətinə heyranlıqlarını dəfələrlə vurğulayırlar.
Belə nəşrlərdən biri
də ABŞ-ın nüfuzlu "Washington Times" qəzetidir. Qəzet "Müvəffəqiyyəti necə
yaratmalı - Azərbaycandan
nümunə" sərlövhəli
məqalə dərc edib. Məqalənin müəllifi
Rob Sübhani yazır:
"Dünyanın diqqəti
neftlə zəngin olan Venesuelanın həyatdan köçmüş
lideri Uqo Çavesə yönəldiyi
bir zamanda digər yarımkürədə
52 yaşlı İlham
Əliyev nəzarət
olunan iqtisadiyyatın azad və tərəqqi
edən iqtisadiyyata transformasiyası üçün
ölkəsinin böyük
enerji resurslarından istifadə edərək öz dövlətini idarə edir. Sosializm Venesuelanın çox böyük potensialını
dağıtdığı halda cənab İlham Əliyevin bazar kapitalizmini qəbul etməsi onun ölkəsini keçmiş Sovet İttifaqının Küveytinə
çevirib. Son on ildə burada ümumi daxili məhsulun orta illik artımı 24 faiz olub".
Məqalədə həmçinin qeyd olunur ki, başqa
dövlətlərdə antisemitizm
hökm sürdüyü,
İsrail vətəndaşları
təqib olunduğu halda, Prezident İlham Əliyev Bakının mərkəzində
sinaqoqlar və kilsələr açır. Müəllif terrorizmə qarşı mübarizədə Azərbaycanın
etibarlığını vurğulayaraq
senator Mak Keynə istinadla yazır ki, Əfqanıstanda Azərbaycanın xüsusi
dəstələri mərdliklə
və bacarıqla əməliyyatlar aparıblar.
Keçən ay Pakistanın nüfuzlu
"Diplomatic Star" jurnalında isə
"31 mart - 1918-ci ilin qanlı
yaddaşı" sərlövhəli
məqalə dərc edilib. Burada müəllif əsrlər
boyu "böyük Ermənistan" xülyası
ilə yaşayan erməni şovinistlərinin
öz məkrli niyyətlərinə çatmaq
üçün hər
vasitəyə əl atdıqlarını, dinc əhaliyə qarşı
misli görünməmiş
cinayətlər törətdiklərini
yazır.
Bu nəşrlər içərisində
ən diqqət çəkəni "The Business Year" jurnalıdır ki, hansı ki bu
nəşrin təşkilatçılığı
ilə keçirdiyimiz
günlərdə "Azerbaijan-2013" xüsusi buraxılışı
işıq üzü
görüb. Buraxılışda Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın
son dövrlərdə bütün
sahələr üzrə
qazandığı nailiyyətləri
yer alıb.
Eyni zamanda Fransanın
"France 24", Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanallarında,
Pakistanın ingilisdilli
"Daily Times", İtaliyanın "İl Messaggero" qəzetlərində dərc
edilən xəbər
və məqalələrdə
Azərbaycanın dünyada
artan nüfuzundan, iqtisadi və siyasi cəhətdən əldə etdiyi nailiyyətlərdən bəhs
edilir.
Fərəhləndirici haldır ki, Bakı daha
böyük bir beynəlxalq tədbirə
ev sahibliyi
edir. Aprelin 7-8-də Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi
ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) keçiriləcək.
Forumu izləmək üçün
dünyanın bir sıra nöqtələrindən
jurnalistlər ölkəmizə
gəlmişlər. İnanırıq ki, forum başa çatdıqdan sonra xarici KİV-lər növbəti dəfə ölkəmizin beynəlxalq
müstəvidə artan
nüfuzunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
iqtisadi islahatları qələmə almaqla dünya birliyinin Azərbaycana verdiyi yüksək qiymətin şahidi olacaqlar.
Elçin CƏFƏROV
Azərbaycan.-2013.-7 aprel.-S.5.