Azərbaycanda Olimpiya hərəkatı geniş
vüsət alır
Bu, MOK-un VI hesabat-seçki baş məclisində
bir daha
vurğulandı
Bu
gün dünyada müxtəlif millətlərin nümayəndələrini
bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında
idman mübarizəsinə qoşulmasını təmin etməsi
ilə seçilən Olimpiya oyunları beynəlxalq həyatın
ən mötəbər idman tədbiridir. Hər bir dövlət Olimpiya
oyunlarında layiqincə təmsil olunmağa
çalışır.
Azərbaycanda
isə Milli Olimpiya Komitəsinin tarixi müstəqilliyimizin
tarixi ilə üst-üstə düşür. Dövlət
müstəqilliyinin bərpasından bir il sonra - 1992-ci ildə
Milli Olimpiya Komitəsi yaradıldı. Çox fərəhli
haldır ki, ötən il Milli Olimpiya Komitəsi 20-ci illiyini böyük təmtəraqla
qeyd etmişdir. Ölkəmizdə Olimpiya hərəkatının
inkişafı heç şübhəsiz ki, birbaşa
dövlət başçısı İlham Əliyevlə
bağlıdır.
Xatırladaq
ki, MOK-un 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti
baş məclisində qeyd olunmuşdur ki, istedadlı
idmançılarımız, məşqçi və mütəxəssislərimizin
bir qismi ölkədən getmişdir, idmançıların
məşq və yarışlarda iştirakı, onların
sosial vəziyyəti acınacaqlı halda idi. O da məlum oldu
ki, MOK-un nəinki beynəlxalq idman qurumları ilə, hətta
ölkənin idman təşkilatları ilə əlaqələri
yox idi.
Belə
bir vəziyyətlə barışmayan baş məclis MOK-un
İcraiyyə Komitəsinin yeni tərkibini seçdi. Yekdil səsvermə
nəticəsində Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin
deputatı İlham Əliyev MOK-un prezidenti seçildi.
1997-ci
ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin
(MOK) prezidenti seçilməsi ilə respublikamızda Olimpiya hərəkatının
və bütövlükdə idmanın inkişafında yeni
mərhələnin əsası qoyuldu. İlk növbədə,
Olimpiya hərəkatının real vəziyyəti öyrənildi,
bununla bağlı ölkəmizdə mövcud problemlər
aşkara çıxarıldı. İşə əngəl
törədən amillər müəyyənləşdirildi
və onları aradan qaldırmaq üçün təxirəsalınmaz
tədbirlərin görülməsinə
başlanıldı.
1997-ci
ildən bu günə qədər Beynəlxalq Olimpiya Komitəsi,
Avropa Olimpiya Komitəsi və digər idman təşkilatları
ilə sıx əməkdaşlığın qurulması
ölkəmizin dünya Olimpiya hərəkatına fəal
şəkildə qoşulmasını nümayiş etdirir. Bir
sözlə, MOK cənab Prezident İlham Əliyevin rəhbərliyi
altında ideal bir Olimpiya Komitəsinə çevrilmişdir.
Dövlət başçısının yorulmaz və gərgin
əməyi sayəsində, qısa müddətdə Azərbaycan
idmanı ayağa qaldırılmış, dünya
şöhrəti qazanmışdır. Azərbaycan
idmançılarının beynəlxalq yarışlarda
qazandığı parlaq uğurlar cənab İlham Əliyevin
başçılıq etdiyi idman hərəkatının
böyük qələbəsidir.
Ötən
4 il də Azərbaycan idmanında tarixi nailiyyətlərlə
yadda qalmışdır. Bu, Milli Olimpiya Komitəsinin (MOK) VI
hesabat-seçki baş məclisində öz əksini
tapmışdır. Dörd illik hesabat dövründə
MOK-un gördüyü işlər miqyasına görə
çox əhatəli olmuş, əldə edilmiş uğur
və nailiyyətlər isə ötən dövrdəki ilə
müqayisədə həm keyfiyyətinə, həm də kəmiyyətinə
görə çox yüksək səviyyəyə
qalxmışdır.
MOK-un
vitse-prezidenti Çingiz Hüseynzadə bildirmişdir ki,
hesabat dövründə ölkəmizin Olimpiya və idman həyatında
bir sıra əlamətdar hadisələr baş vermişdir. Azərbaycan
Londonda keçirilmiş Olimpiya oyunlarında
qazanılmış 10 - 2 qızıl, 2 gümüş, 6
bürünc medalla ümumi hesabda medalların keyfiyyətinə
görə 30-cu, sayına görə isə 24-cü yeri
tutmuşdur. Bu, Avropa ölkələri arasında 15-ci, islam
dövlətləri arasında üçüncü,
türkdilli ölkələr arasında ikinci, keçmiş
SSRİ respublikaları arasında beşinci nəticədir.
Hesabat
dövründə 2010-cu ildə Sinqapurda yeniyetmələrin
Birinci Yay Olimpiya Oyunlarında 12 idmançımızın 5
qızıl, 3 gümüş medalla dünya miqyasında
11-ci, Avropa ölkələri arasında isə 6-cı yeri
tutduğu diqqətə çatdırılmışdır.
Milli
Olimpiya Komitəsinin ən böyük uğurlarından biri də
ilk Avropa Olimpiya Oyunlarını ölkəmizə
qazandırması olmuşdur. Ötən il dekabr ayının
8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında
2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda
keçirilməsi haqqında qərar qəbul edilmişdir.
Qitədə ilk dəfə təşkil olunacaq bu mötəbər
idman tədbirinin məhz Azərbaycana həvalə edilməsi
beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən
ölkəmizdə görülən bütün işlərə,
o cümlədən idman və bədən tərbiyəsi sahəsində
əldə edilən nailiyyətlərə verilən yüksək
qiymətdir.
MOK-un
vitse-prezidenti bununla bağlı demişdir: "Bu qərardan
sonra ölkə başçısı Azərbaycan
xalqını təbrik etmiş, Azərbaycan Prezidentinin sərəncamı
ilə Birinci Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsi
yaradılmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi
altında təşkilat komitəsi Birinci Avropa Olimpiya
Oyunlarının yüksək səviyyədə keçirilməsi
üçün çoxşaxəli fəaliyyətə
başlamışdır".
MOK-un
20 illik yubileyinin 2012-ci ildə dövlət səviyyəsində
qeyd olunduğunu bildirən Ç.Hüseynzadə bu tədbirdə
beynəlxalq idman qurumlarının və bir çox ölkələrin
Olimpiya komitələrinin rəhbərlərinin iştirak
etdiyini diqqətə çatdırmışdır. Yubiley mərasimində
iştirak etmiş beynəlxalq idman qurumları rəhbərlərinin
çıxışlarında, onların müsahibələrində
Azərbaycanda Olimpiya hərəkatında və idman sahəsində
qazanılmış uğurları dönə-dönə qeyd
olunmuş, ölkəmizin təcrübəsinin bir örnək
olduğu bildirilmişdir.
Azərbaycanda
idmana və idmançıya diqqət və qayğı
yalnız sosial vəziyyətin
yaxşılaşdırılması ilə məhdudlaşmır.
MOK Azərbaycanın idman şöhrətini yüksəklərə
qaldıranların əməyini mənəvi tərəfdən
də qiymətləndirmək təşəbbüsçüsü
olmuşdur. Hesabat dövründə MOK Olimpiya
çempionlarımız Nazim Hüseynov, Zemfira Meftahətdinova
və Namiq Abdullayev haqqında tammetrajlı filmlər çəkdirmiş
və həmin filmlərin təqdimatı
keçirilmişdir. MOK özünün 20 illik yubileyi ilə
əlaqədar da bir film çəkdirmişdir.
MOK-un
VI hesabat-seçki baş məclisində MOK-un İcraiyyə
Komitəsinin üzvlüyünə ölkəmizin
başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyeva
seçilmişlər.
Bu
gün Milli Olimpiya Komitəsinin dövlət
başçısı İlham Əliyevin rəhbərliyi
altında həyata keçirdiyi
düşünülmüş siyasət, ardıcıl və
məqsədyönlü fəaliyyət Azərbaycanda
idmanın kütləviliyini təmin etmiş, ölkəmizin
idman şöhrətini yüksəklərə
qaldırmışdır. Son on il ərzində Azərbaycan
300-ə yaxın beynəlxalq səviyyəli idman turnirini
yüksək səviyyədə təşkil etmişdir.
Çox
fərəhli haldır ki, bu gün Milli Olimpiya Komitəsinin
qazandığı nüfuz, göstərdiyi fəaliyyət
beynəlxalq idman qurumları tərəfindən dəstəklənir
və yüksək qiymətlərə layiq görülür.
Bütün bunlar isə Prezident
İlham
Əliyevin tutduğu düzgün və prinsipial mövqe,
yüksək təşkilatçılıq və idarəçilik
qabiliyyətinin hesabına reallaşmışdır.
Elçin CƏFƏROV
Azərbaycan.- 2013.- 7
aprel.- S. 3.