Yelden SARIBAY: Azərbaycanda özümü evdəki kimi hiss edirəm

 

Azərbaycanda özümü evdəki kimi hiss edirəm. Bu xalqın qonaqpərvərliyi və istiqanlılığı məni valeh edir.

Bu sözləri AzərTAc-a müsahibəsində Bakıda "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin (Global Shapers Community) üzvü, Qazaxıstandakı Nazarbayev Mərkəzinin mütəxəssisi Yelden Sarıbay demişdir.

Bildirmişdir ki, Azərbaycanın qonaqpərvərliyi təkcə xarici qonaqlara göstərilən yaxşı münasibət və ya təqdim olunan müxtəlif çeşidli mətbəx nümunələri ilə məhdudlaşmır. Bu qonaqpərvərliyin özəlliyi müxtəlif mədəniyyətləri, dinləri, inancları və mənşəyi təmsil edən insanların xoş qarşılanmasıdır.

Qonaq vurğulamışdır ki, Bakının küçələrini gəzərkən burada müxtəlif xalqların restoranlarına rast gəlmək mümkündür. Lakin Azərbaycan mətbəxinin elə nümunələri vardır ki, dünyada tanınmış xörəklərdən geri qalmır və hətta onlardan da yaxşıdır.

 

 

Azərbaycan.- 2013.- 7 aprel.- S. 4.