Litvanın Baş naziri ölkəmizə səfərə gələcəkdir

 

Litvanın Baş naziri Algirdas Butkyaviçyus aprelin 7-8-də Bakıda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etmək üçün Azərbaycana işgüzar  səfərə gələcəkdir. Bunu hökumət başçısının mətbuat xidmətindən  bildirmişlər.

Tədbirdə Cənubi Qafqaz və Mərkəzi Asiyanın iqtisadi inteqrasiyası  perspektivləri və onun gələcəkdə regiona mümkün təsirinin müzakirəsi planlaşdırılır.

Aprelin 8-də A.Butkyaviçyus "Cənubi Qafqaz və Mərkəzi Asiyanın  perspektivləri"  mövzusunda Dünya İqtisadi Forumunun açılış sessiyasında iştirak edəcəkdir. Bundan başqa, Baş nazir Dünya İqtisadi Forumunun sədri və təsisçisi Klaus Şvab ilə görüşəcəkdir.

 

 

Nigar HÜSEYNOVA,

AzərTAc-ın xüsusi müxbiri

Vilnüs

 

Azərbaycan.- 2013.- 7 aprel.- S. 4.