Rüstəm
İbrahimbəyov da Əkrəm Naibov kimi Vətəninə
xəyanət yolu tutmuş
ermənipərəst ünsürdür
Rüstəm İbrahimbəyov Rusiyanın
"Rosbalt" agentliyinə müsahibəsi
ilə özünün
əsl ermənipərəst simasını tam
açıqlığı ilə nümayiş
etdirdi. Azərbaycan ictimaiyyətinə bir daha bəlli oldu ki, bu
şəxs Bakını tərk etmiş
ermənilərin xiffətini çəkir, onların həsrəti
ilə yaşayır.
Təsadüfi
deyil ki, bu şəxs müsahibəsində Azərbaycan tərəfindən
Dağlıq Qarabağa qarşı ədalətsiz münasibətdən
şikayətlənir və bu ərazinin Azərbaycandan daha
çox Ermənistana aid olması barədə fikirlər bildirir.
R.İbrahimbəyov erməniləri münaqişənin
qurbanı hesab edir. Bütün bunlar göstərir
ki, R.İbrahimbəyov da
Əkrəm Naibov kimi
Vətəninə xəyanət yolu tutmuş ermənipərəst ünsürdür.
Onun Ə.Naibovun xəyanətinə
münasibətdə ermənipərəst
yazıçını dəstəklədiyini bəyan etməsi
heç də təsadüfi xarakter daşımamış və bu R.İbrahimbəyovun kosmopolit,
antiazərbaycan ruhlu mövqeyindən irəli
gəlir. Belələrinin özlərini azərbaycanlı
adlandırması xalqımız, bir milyona yaxın qaçqın və məcburi köçkünümüz, müharibədə
əzizlərini qurban vermiş
vətəndaşlarımız üçün,
şəhidlərimizin ruhuna əsl təhqirdir.
Əkrəm
Naibova layiq olduğu yerini göstərən ictimaiyyətimizin
onun digər tayı olan Rüstəm İbrahimbəyova da əsl
münasibətini ortaya qoyacağına şübhə yoxdur.
Çünki Əkrəm Naibovun "Daş
yuxular"ında təriflədiyi ermənilərə
Rüstəm İbrahimbəyov Dağlıq Qarabağı hədiyyə
etmək niyyətindədir.
Kinematoqrafın
məhz seçki ilində yenidən belə
açıqlamalar verməsi başqa fikir də
formalaşdırır. Bütün bunlar antiazərbaycançı şəbəkənin
sifarişi də ola bilər.
Eyni zamanda, bunun bir mərkəzdən idarə olunduğu
da istisna deyil. Çünki
Rüstəm İbrahimbəyovun Dağlıq Qarabağ
məsələsi ilə bağlı mövqeyi
Azərbaycana qarşı olan qüvvələrin
mövqeyindən zərrə qədər də fərqlənmir.
Rüstəm İbrahimbəyov müsahibəsi
ilə Azərbaycanla bağlı olmadığını, Azərbaycan
xalqının dərdlərini yaşamadığını,
Azərbaycan vətəndaşının Qarabağın işğal faktı ilə bağlı
çəkdiyi əzab-əziyyəti görmədiyini əyani
şəkildə, çılpaqlığı ilə ortaya qoyur. Məlumdur
ki, ölkəmizdə bir
milyondan artıq qaçqın və məcburi
köçkün öz
yurd-yuvalarından didərgin düşüb,
torpaqlarımızın 20 faizi hələ
də düşmən tapdağı altındadır.
R.İbrahimbəyov zərrə qədər də olsa qaçqın və məcburi
köçkünlərin çəkdikləri əzabı
görməyib, daha doğrusu,
görmək istəməyib. Bu insan birmənalı şəkildə
qaçqınların hüquqlarına, bütövlükdə
isə Azərbaycanın bütün vətəndaşlarına,
ölkəmizin ərazi bütövlüyünü
qorumağa cəhd göstərən və
şəhid olan insanların ruhuna hörmətsizlik edib.
Bunu Azərbaycan ictimaiyyəti, siyasətçilər,
tarixçilər də təsdiqləyir.
Milli Məclisin deputatı Nizami Cəfərov bir vaxtlar bu şəxsin kimliyi, məqsədi haqqında fikirlər səsləndirdikdə bu, ictimaiyyət tərəfindən birmənalı qaşılanmamışdı. 2008-ci ildə Nizami Cəfərov "Yeni Müsavat" qəzetinə müsahibə verərək Rüstəm İbrahimbəyovun Azərbaycan xalqına qarşı işlətdiyi təhqiramiz ifadələrə görə onu sərt tənqid etmişdi. Çünki hələ o zaman R.İbrahimbəyov "Azərbaycanda milli elita yoxdur" ifadəsini işlətməklə əsl simasını nümayiş etdirmişdi. Bundan hiddətlənən N.Cəfərov isə qəzetə müsahibəsində "qələt edir, başını da daşın yekəsinə döyür. Rüstəm İbrahimbəyov xalqın üzünə tüpürüb" kimi ifadələr işlətmişdi. Həmin vaxt bir qrup ziyalı onların özünü təhqir edən R.İbrahimbəyova yox, N.Cəfərova qarşı hücumlara başlamışdı. N.Cəfərovun cəmiyyətdən təcrid olunmasını tələb edən ziyalılar görəsən, indi necə fikirləşirlər? Yenədəmi ermənini bizə düşmən hesab etməyən Rüstəm İbrahimbəyovu dəstəkləyəcəklər? Amma nədənsə hələlik Nizami Cəfərova o vaxt hücum edənlər R.İbrahimbəyovun son fikirlərinə reaksiya verməyiblər. İndi Azərbaycan ictimaiyyəti R.İbrahimbəyovun bu xalqın düşməni kimi danışdığının şahididir. R.İbrahimbəyovu müdafiə edən çox güman ki, tapılmaz. Amma bu şəxs hələ xeyli müddət əvvəl də eyni fikirdə idi. Onun özü deyirdi ki, Bakı şəhərindən xoşu gəlmir. Çünki buranı zəbt etdilər - qaçqın, köçkün gəldi. Nəticədə isə Bakının mənzərəsi pisləşdi. Ermənilərsiz Bakını təsəvvür etməyən kinematoqraf yəqin ki, erməni dostlarından aldığı tapşırığın yenidən icrasına başlayıb.
Nizami Cəfərov isə yenə də öz fikirlərində qalır. Bu dəfə o, Rüstəm İbrahimbəyovu tarixi bilməməkdə günahlandırır: "Rüstəm İbrahimbəyovun Əkrəm Naibov ilə heç bir fərqi yoxdur. Yəni, əgər Rüstəm İbrahimbəyov elə deyirsə, ən azı onun o söhbəti etməyi iki baxımdan qüsurludur. Birincisi odur ki, o, mənsub olduğu millətin tarixini bilmir". N.Cəfərov hesab edir ki, özünü ziyalı adlandıran adam gərək dünya tarixini ümumi şəkildə, millətinin tarixini isə kifayət qədər dərindən bilə.
"İknici
böyük qüsur da odur ki, İbrahimbəyov bilsə də,
bilməsə də, xüsusi məqsədlə fikir söyləyir,
xüsusi bir maraqla, yəni şəxsi maraq mövqeyindən
belə fikir söyləyir. Dünyada
bundan pis şey yoxdur ki, öz millətinin tarixini, məskunlaşdığın ərazinin
coğrafiyasını şəxsi marağından, hər
hansı bir iddiandan
ötəri məmnuniyyətlə satasan.
Bu, çox böyük bir
günahdır. Hər halda əgər
hansı millətə mənsubsansa, onun ruhu qarşısında çox
böyük günah
edirsən. Axı hər millətdə olduğu
kimi, bizim millətin də
bir dədə-baba ruhu
var".
Bəli, bu gün Azərbaycan ictimaiyyəti Nizami Cəfərovun haqlı olduğunu düşünür və çox güman ki, tezliklə xalq ona təhqirlər yağdıran bir şəxsin Azərbaycan cəmiyyətindən təcrid olunmasını tələb edəcək. Çünki Rüstəm İbrahimbəyovun hər zaman antiazərbaycan qüvvələrlə iş birliyində olması, ölkəmizin əleyhinə yönəlik müəyyən kampaniyalarda fəaliyyəti, milli ruhdan uzaq düşməsi, milli hissiyatını itirməsi məlumdur. R.İbrahimbəyovun Azərbaycanın çörəyini yeyib ölkəmizə qənim kəsilən ermənipərəst mövqe sərgiləyərək bəzi dairələrin alətinə çevrilməsi bu insanın xəyanətkar olduğunu, onun-bunun əlində alətə çevrildiyini bir daha ortaya qoydu.
R.BAXŞƏLİYEV.
Azərbaycan.- 2013.- 7
aprel.- S. 4.