Azərbaycan Prezidenti İlham Əliyev
Albaniyanın Baş nazirini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 8-də Albaniya
Respublikasının Baş naziri Sali Berişanı qəbul
etmişdir.
Görüşdə
Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin əhəmiyyəti
vurğulandı, tədbirin iqtisadi əməkdaşlığın
genişləndirilməsi ilə bağlı məsələlərin
müzakirəsi üçün yaxşı imkan
yaratdığı qeyd olundu.
Görüşdə,
həmçinin Azərbaycan ilə Albaniya arasında ikitərəfli
əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, ölkələrimiz
arasında əlaqələrin siyasi, iqtisadi, enerji, mədəni
və digər sahələrdə inkişafının
perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2013.- 9 aprel.- S. 3.