Prezident İlham Əliyev
Dünya İqtisadi Forumunun təsisçisi və
icraçı sədri Klaus Şvabı qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabı qəbul etmişdir.
Görüşdə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin önəmi qeyd olundu, Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinə toxunuldu. Qeyd olundu ki, Dünya İqtisadi Forumu Bakıda uğurla keçiriləcək və bu tədbir iqtisadi əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2013.- 9 aprel.- S.3.