Azərbaycan
Prezidenti İlham Əliyev “Statoil” şirkətinin baş icraçı direktorunu
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də "Statoil" şirkətinin baş icraçı direktoru Helge Lundu qəbul etmişdir.
Dövlət
başçısı Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti ilə "Statoil" şirkəti
arasında mövcud olan uzunmüddətli tərəfdaşlıq
əlaqələrini əməkdaşlığımızın
yaxşı göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti ilə "Statoil" şirkəti
arasında əməkdaşlığımıza dair yeni
layihələrin önəmini qeyd etdi.
"Statoil"
şirkətinin baş icraçı direktoru Helge Lund Azərbaycanda
neft və qaz sənayesinin inkişafında ölkəmizdə
mövcud olan sabitliyin rolunu xüsusi vurğuladı.
Görüşdə
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə
"Statoil" şirkəti arasında əməkdaşlığın
perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2013.- 9 aprel.- S. 3.