Davos Forumunun
Bakıda keçirilməsi Azərbaycanın dünya birliyi tərəfindən
etibarlı tərəfdaş kimi qəbul olunmasını bir
daha sübut etdi
"Davos Forumunun Bakıda keçirilməsi Azərbaycanın
dünya birliyi tərəfindən etibarlı tərəfdaş
kimi qəbul olunmasını bir daha sübut etdi".
Bu
sözləri "Statoil - Azərbaycan" şirkətinin
prezidenti Lars Troen Sorensen AzərTAc-a müsahibəsində
demişdir.
Lars Troen
Sorensen bildirmişdir ki, Dünya İqtisadi Forumu regionun gələcəyi
ilə bağlı əsas çağırışların
və imkanların dəyərləndirilməsi
baxımından mühüm platforma olacaq, Cənubi Qafqazda və
Mərkəzi Asiyada əməkdaşlığın və
inteqrasiyanın inkişafına töhfə verəcəkdir. Bu
baxımdan forumda dünyanın müxtəlif ölkələrinin
hökumət rəhbərləri, vətəndaş cəmiyyəti
təsisatları, qlobal və regional biznes liderləri daxil
olmaqla, 200-dən artıq nümayəndənin iştirakı
ilə sənaye, təbii sərvətlər, nəqliyyat,
infrastruktur, kənd təsərrüfatı, dağ-mədən,
maliyyə, telekommunikasiya sahələri ilə bağlı məsələlərin
kompleks müzakirəsi olduqca müsbət haldır.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 4.