Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Qafqaz regionu üçün əhəmiyyətli hadisədir

 

"Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, həm də bütün Qafqaz regionu üçün çox əhəmiyyətli hadisədir".

AzərTAc xəbər verir ki, bu fikri Bakıda keçirilən "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda Dünya İqtisadi Forumunda (Davos Forumu) Qırğız Respublikasının Bazarlar, Ticarət Müəssisələri və Xidmət Sahələri Assosiasiyasının  prezidenti Sergey Ponomaryov səsləndirmişdir.

O bildirmişdir ki, Dünya İqtisadi Forumu hökumət ilə iş adamları arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulduğu istənilən ölkənin iqtisadiyyatı üçün kifayət qədər  irimiqyaslı tədbirdir.

Bakı haqqında təəssüratlarını bölüşən  assosiasiya prezidenti  demişdir ki,  Azərbaycanın paytaxtına ilk dəfədir gəlir və şəhərin gözəlliyindən və təmizliyindən təsirlənmişdir.

S.Ponomaryov vurğulamışdır ki, Bakıda qədim tarix və müasir sivilizasiya uğurlu şəkildə birləşir.

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 4.