Albaniya ilə Azərbaycan
arasında enerji sahəsində əməkdaşlığın
perspektivləri müzakirə olunmuşdur
Aprelin 8-də Azərbaycan Respublikası
Dövlət Neft Şirkətində (ARDNŞ) Bakıda
keçirilən "Cənubi Qafqazın və Mərkəzi
Asiyanın gələcəyi ilə bağlı strateji dialoq"
mövzusunda Dünya İqtisadi Forumunun
iştirakçısı, Albaniyanın Baş naziri Sali
Berişa ilə görüş keçirilmişdir.
AzərTAc
xəbər verir ki, görüşdə Azərbaycan ilə
Albaniya arasında münasibətlərin yüksələn xətlə
inkişaf etdiyi bildirilmişdir.
Albaniyanın
Baş naziri Sali Berişa ölkələrimiz arasında
iqtisadi əlaqələrin, xüsusilə də neft-qaz
sektorunda əməkdaşlığın böyük önəm
daşıdığını diqqətə
çatdırmış, qarşılıqlı tərəfdaşlığa
mühüm əhəmiyyət verə biləcəyini
vurğulamışdır. O, Bakıda keçirilən Forumun
Azərbaycan ilə dünya ölkələri arasında
iqtisadi əlaqələrin daha da dərinləşməsi
baxımından əhəmiyyətini
vurğulamışdır.
Qonaq
Azərbaycanda hasil olunan təbii qazın Avropaya nəqli
istiqamətində aparılan işlərlə
maraqlanmış, Trans-Adriatik (TAP) layihəsinin gerçəkləşməsində
rəsmi Tirananın maraqlı olduğunu qeyd etmişdir.
ARDNŞ
prezidenti Rövnəq Abdullayev Azərbaycan qazının
Avropaya nəqli istiqamətində TAP və
"Nabucco-West" marşrutları üzrə təqdim
edilmiş təkliflərin dəyərləndirilmə mərhələsində
olduğunu bildirmişdir.
Görüşdə
Azərbaycan ilə Albaniya ikitərəfli əməkdaşlığının
perspektivləri haqqında geniş müzakirələr
aparılmışdır.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 8.