Azərbaycan ilə
Türkiyə arasında enerji sahəsində əməkdaşlıq
yüksələn xətlə inkişaf edir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədə həyata keçirdiyi iqtisadi layihələr iki qardaş ölkənin inkişafı üçün böyük əhəmiyyət daşıyır.
AzərTAc
xəbər verir ki, bu fikirlər Bakıda keçirilən
"Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi
ilə bağlı strateji dialoq" mövzusunda Dünya
İqtisadi Forumunda iştirak edən Türkiyənin energetika
və təbii ehtiyatlar naziri Taner Yıldız ilə
ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin
görüşündə səslənmişdir.
ARDNŞ-in
Türkiyədə həyata keçirdiyi layihələr
üzrə işlərin gedişi haqqında qonağa ətraflı
məlumat verilmişdir.
Yenidən
Bakıda olmasından məmnunluğunu ifadə edən Taner
Yıldız İqtisadi Forumun yüksək səviyyədə
təşkil olunduğunu qeyd etmiş, qonaqpərvərliyi
üçün Azərbaycan dövlətinə minnətdarlığını
bildirmişdir. O, ARDNŞ-in Azərbaycan ilə Türkiyə
arasında enerji sahəsində əməkdaşlığın
inkişaf etməsində rolunu yüksək qiymətləndirmiş,
şirkətin Türkiyədə gerçəkləşdirdiyi
layihələrin iki qardaş ölkənin iqtisadi yüksəlişi
üçün əhəmiyyətini
vurğulamışdır.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 8.