Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti və “Statoil” şirkəti
arasında qarşılıqlı anlaşma memorandumu
imzalanmışdır
Aprelin 8-də Azərbaycan Respublikasının
Dövlət Neft Şirkətində (ARDNŞ) Norveçin
"Statoil" şirkəti ilə "Zəfər" və
"Məşəl" perspektiv strukturlarının daxil
olduğu kəşfiyyat blokunun kəşfiyyatı və
işlənməsi layihəsi ilə əlaqədar
qarşılıqlı anlaşma haqqında memorandum
imzalanmışdır.
AzərTAc
xəbər verir ki, görüşdə ARDNŞ-in prezidenti
Rövnəq Abdullayev çıxış edərək
"Statoil" şirkətinin Norveç ilə Azərbaycan
arasında neft və qaz sahəsində geniş əməkdaşlıq
əlaqələrinin qurulmasında mühüm rolu
olduğunu demişdir.
R.Abdullayev
bildirmişdir ki, "Statoil" şirkəti ilə ARDNŞ
"AÇG", "Şahdəniz",
Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəməri layihələrində
də səmərəli tərəfdaşlıq edir.
Sonra
R.Abdullayev və "Statoil" şirkətinin baş
icraçı direktoru Helge Lund Xəzərdə perspektiv
strukturların işlənməsi ilə bağlı memorandum
imzalamışlar. Memoranduma əsasən, tərəflər
onun imzalandığı gündən etibarən bir il ərzində
danışıqlar aparmaq və şərtləri
razılaşdırmaq niyyətini bəyan etmişlər.
Diqqətə
çatdırılmışdır ki, 643 kvadratkilometr sahəni
əhatə edən "Zəfər" və "Məşəl"
strukturları 1961-ci ildə seysmik kəşfiyyat işləri
əsasında aşkar olunmuş və Xəzər dənizinin
600-750 metr dərinliyində yerləşir.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 8.