TANAP layihəsi təkcə
Türkiyə və Azərbaycana deyil, bütün regiona mənfəət
gətirəcəkdir
"Xəzər regionundan qazın Avropaya nəqli
layihəsi olan "Nabucco West" Trans-Adriatik qaz kəmərindən
(TAP) daha iddialıdır".
AzərTAc
xəbər verir ki, bu sözləri Bakıda keçirilən
Dünya İqtisadi Forumunda iştirak edən Türkiyənin
energetika və təbii ehtiyatlar naziri Taner Yıldız
demişdir.
T.Yıldız
bildirmişdir ki, Avropaya qaz tədarükü üzrə yekun
marşrutunun seçilməsi zamanı nəqldən əldə
edilən iqtisadi mənfəət nəzərə alınacaqdır.
Bu mənada, "Nabucco West" daha iddialıdır.
Bununla
belə, T.Yıldız qeyd etmişdir ki, yekun marşrutun
seçilməsi haqqında qərar "Şahdəniz"
konsorsiumu tərəfindən veriləcəkdir. Trans-Anadolu
qaz kəməri (TANAP) layihəsinə gəlincə, nazir nəzərə
çatdırmışdır ki, cari il ərzində bu layihə
çərçivəsində konkret addımlar
atılacaqdır. Xüsusilə hüquqi əsaslar
yaradılacaq və torpaq işlərinə
başlanılacaqdır. Hazırda TANAP qaz kəmərinin
keçəcəyi dəqiq marşrutun təyin edilməsi
üzərində işlər davam etdirilir.
Nazirin
sözlərinə görə, bu layihənin həyata
keçirilməsi təkcə Türkiyə və Azərbaycana
deyil, həm də bütün regiona mənfəət gətirəcəkdir.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 8.