Dünya
İqtisadi Forumunun Bakıda keçirilməsi qlobal miqyasda Azərbaycana
verilən böyük önəmin əyani göstəricisidir
"Cənubi Qafqazın və Mərkəzi
Asiyanın gələcəyi ilə bağlı strateji
dialoq" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu)
Bakıda keçirilməsi qlobal miqyasda Azərbaycana verilən
böyük önəmin əyani göstəricisidir. Forumun
proqramı zəngindir. Bu mötəbər tədbirdə
müzakirə edilən məsələlər müasir
dövrümüz üçün olduqca vacibdir". Bu
sözləri AzərTAc-a müsahibəsində Çinin
nüfuzlu Tsinqhua Universitetinin Tuspark Araşdırmalar
İnstitutunun dekanı, Tuspark İnkişaf Mərkəzinin
direktoru Herber Çen söyləmişdir.
Herber
Çen regionun inkişaf perspektivləri aspektində
Bakıda keçirilən bu mötəbər tədbirin
bütövlükdə Dünya İqtisadi Forumunun
inkişafına yeni məna və çalarlar verəcəyinə
əmin olduğunu demişdir.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 8.