Azərbaycan son
illərdə əldə etdiyi sürətli inkişafı ilə
dünyanın diqqət mərkəzinə
çevrilmişdir
"Azərbaycan son illərdə əldə
etdiyi sürətli inkişafı ilə dünyanın diqqət
mərkəzinə çevrilmişdir".
Bu
sözləri Bakıda keçirilən Dünya İqtisadi
Forumunda iştirak etmək üçün ölkəmizə
gələn ABŞ-dan olan iş adamı xanım Lindsey
Hovard AzərTAc-a müsahibəsində
demişdir.
Bakıda
olmaqdan məmnunluğunu vurğulayan qonaq Xəzərin
sahilində yerləşən füsunkar
paytaxtımızın Avropanın böyük şəhərləri
ilə müqayisə olunduğunu diqqətə
çatdırmışdır. L.Hovard demişdir:
"Azərbaycan dünya
dövlətləri üçün dost ölkədir.
Dünya İqtisadi Forumunda iştirak etmək
üçün ABŞ-dan, Böyük Britaniyadan, Çindən,
Rusiyadan, Türkiyədən və digər ölkələrdən
gəlmiş insanlar Azərbaycanın qazandığı
uğurların şahidi olurlar. Biz bu mötəbər tədbirin
- Davos İqtisadi Forumunun Bakıda keçirilməsini yüksək
qiymətləndiririk".
Azərbaycan.- 2013.- 9 aprel.- S. 8.