Davos Forumunun Bakıda keçirilməsi barədə qərar dünya ictimaiyyətinin Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara verdiyi yüksək qiymətin ifadəsidir

 

"Davos Forumunun Bakıda keçirilməsi barədə qərar dünya ictimaiyyətinin Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara verdiyi yüksək qiymətin ifadəsidir".

Bu fikri ABŞ-ın aparıcı "Midrex Technologies" şirkətinin MDB məkanı üzrə layihələr direktoru Ken Coyner AzərTAc-a müsahibəsində demişdir. 

Ken Coyner son dövrlərdə Azərbaycanda çoxsaylı mötəbər tədbirlərin keçirilməsinin ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ilə bağlı olduğunu söyləmişdir. O, Bakıda keçirilən Dünya İqtisadi Forumunun gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi baxımından Cənubi Qafqaz və Mərkəzi Asiya regionları üçün çox gözəl imkanlar yaradacağını, əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfə verəcəyini bildirmişdir.

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 8.