Bakı daha bir Beynəlxalq Foruma ev sahibliyi
etmişdir
"Bakı daha bir Beynəlxalq tədbirə -Davos
İqtisadi Forumuna uğurla ev sahibliyi etmişdir".
Bu
sözləri Davos İqtisadi Forumunda iştirak etmək
üçün Bakıya gəlmiş "Mineks
International" şirkətinin sədri Bülent Göktuna AzərTAc-a
müsahibəsində demişdir.
Qonaq
bildirmişdir ki, Davos İqtisadi Forumunun Bakıda keçirilməsi
Azərbaycan iqtisadiyyatının, xüsusən də
qeyri-neft-qaz sektorunun sürətli inkişafı nəticəsində
dünyanın diqqətinin ölkəmizə yönəldiyini
göstərir. Bu, həmçinin Azərbaycanın enerji təhlükəsizliyi
baxımından dünyanın ən vacib nöqtələrindən
birinə çevrilməsinin nəticəsidir. Forumun
Bakıda keçirilməsi Azərbaycan üçün
çox böyük uğurdur. Qardaş Azərbaycanı bu
uğur münasibətilə təbrik edirəm.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 8.