Dünya
İqtisadi Forumunun Bakıda keçirilməsi çox
mühüm hadisədir
"Dünya İqtisadi Forumunun Bakıda
keçirilməsi çox mühüm hadisədir". Bu
sözləri ukraynalı iş adamı İqor Yakovenko AzərTAc-a
müsahibəsində demişdir.
Bakının
artıq Cənubi Qafqazın və Orta Asiyanın biznes mərkəzinə
çevrildiyini qeyd edən qonaq bildirmişdir ki, biz burada
ABŞ-dan, Rusiyadan, Türkiyədən və Avropa ölkələrindən
böyük şirkətlərin nümayəndələrini
görürük. Bu, onu göstərir ki, Azərbaycan
dünyada artıq özünün zəngin neft-qaz
ehtiyatları ilə deyil, dinamik inkişaf edən
iqtisadiyyatı, əlverişli biznes şəraiti,
informasiya-kommunikasiya texnologiyaları sahəsində
atdığı cəsarətli və mühüm
addımları, gündən-günə gözəlləşən
Bakı şəhəri ilə tanınmaqdadır.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 8.