Bəxtiyar Muhəmmədziyev:
“Azərbaycan iqtisadiyyatı
davamlı inkişaf edir”
"Dünya İqtisadi Forumu beynəlxalq
münasibətlərin inkişafına əvəzsiz töhfə
verəcəkdir".
Bu
sözləri Bakıda keçirilən Dünya İqtisadi
Forumunda iştirak edən
Qırğızıstandan olan iş adamı Bəxtiyar Muhəmmədziyev
AzərTAc-a müsahibəsində demişdir.
Bəxtiyar
Muhəmmədziyev demişdir ki, Azərbaycan iqtisadiyyatı
davamlı inkişaf edir. Belə böyükmiqyaslı tədbirin
Bakıda keçirilməsi təkcə Azərbaycan deyil,
dünya üçün olduqca əhəmiyyətli bir hadisədir.
Bəxtiyar
Muhəmmədziyev bildirmişdir ki, Bakı yüksək dərəcədə
inkişaf etmiş çox gözəl şəhərdir. Azərbaycan
xalqı çox qonaqpərvər və sülhsevər
xalqdır.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 8.