Qanna Qopko: “Azərbaycanda sürətli inkişafın
şahidi oldum”
"Azərbaycanda sürətli
inkişafın şahidi oldum. Bakıya səfərimdən
çox məmnunam. Burada özümü vətənimdəki
kimi hiss etdim".
Bu
sözləri aprelin 7-də AzərTAc-a müsahibəsində
Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində
Bakıda "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci
ilə baxış" mövzusunda gənclər forumunun
iştirakçılarının "Coca-Cola" şirkətinin
rəsmiləri ilə keçirilən görüşündə
iştirak edən Ukrayna Qeyri-Hökumət Təşkilatları
Koalisiyasının əlaqələndiricisi, sosial əlaqələr
üzrə elmlər namizədi Qanna Qopko demişdir.
Ukraynalı
qonaq forumun əhəmiyyətini vurğulamış, bu
platformada görüşün əməkdaşlıq əlaqələrinin
inkişafında mühüm rol oynayacağını qeyd
etmişdir. Alim gənclərin forumunda maraqlı məsələlər
barədə müzakirələr
aparıldığını da vurğulamışdır.
Bakıya ilk dəfə gəldiyini deyən ukraynalı alim
şəhərin gözəlliyindən, xüsusilə gecələrinin
möhtəşəmliyindən söz
açmışdır.
Qonaq
Xəzər dənizi, İçərişəhər,
Qız qalasının onda unudulmaz təəssürat
oyatdığını qeyd etmişdir. Bu yerlərdən
zövq aldığını deyən Q.Qopko Bakıda Şərq
və Qərb elementlərini özündə birləşdirən
memarlıq nümunələrinə heyran
qaldığını, həm qədim, həm də
müasir arxitekturanın valehedici olduğunu diqqətə
çatdırmışdır.
O, forumdan
sonra daha bir neçə gün Azərbaycanda
qalacağını və ölkəmizlə yaxından
tanış olacağını bildirmişdir.
Alim
Azərbaycanın milli özəlliklərini əks etdirən
xüsusi hədiyyələri özü ilə vətəninə
aparacağını söyləmişdir.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 8.