Anastasiya Kalinina: Cənubi Qafqaz və Mərkəzi Asiya problemlərinin həllində gənclərin rolu çox böyükdür

 

Dünya İqtisadi Forumunun Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə Qlobal Gənclər Birliyinin baş meneceri Anastasiya Kalinina AzərTAc-a müsahibəsində demişdir: "Cənubi Qafqaz və Mərkəzi Asiya problemlərinin həllində gənclərin rolu çox böyükdür".

A.Kalinina demişdir: "Əlbəttə, problemlərin həlli barəsində müxtəlif fikirlər vardır. Lakin gənclər başlıca olaraq belə bir qənaətə gəlmişlər ki, gələcək məhz onlardan asılıdır. İki variant var:  ya bizə təklif olunan gələcəklə yaşamalı, ya da  öz gələcəyimizi formalaşdırmalıyıq. Əlbəttə, hamı yekdilliklə bu fikirdədir ki, biz ikinci variantı seçəcəyik".

Anastasiya Kalinina qeyd etmişdir ki, Bakıda bu tədbirin keçirilməsi əlamətdar hadisədir. O demişdir: "Bakı qonaqpərvər, günəşli, gözəl şəhərdir və biz qərara aldıq ki, bu tədbirin məhz burada keçirilməsi xüsusi məna daşıyacaqdır, gənclər mədəniyyətlərin bu birləşməsini, gəncliyin enerjisini, gözəlliyi duyacaqlar. Düşünürəm ki, Bakı bu forumun keçirilməsi üçün gözəl məkandır".

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 9.