Zinaida Pak: Azərbaycanda gənclərə göstərilən yüksək diqqət və qayğı təqdirəlayiqdir

 

"Azərbaycanda gənclərə göstərilən yüksək diqqət və qayğı təqdirəlayiqdir. Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasət xüsusi qeyd edilməlidir".

Bu sözləri aprelin 7-də AzərTAc-a müsahibəsində Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində Bakıda "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda gənclər forumunun iştirakçılarının "Coca-Cola" şirkətinin rəsmiləri ilə keçirilən görüşündə iştirak edən  Qazaxıstanın Gənc Sahibkarlar Klubunun həmtəsisçisi və rəhbəri Zinaida Pak demişdir.

Forumun Bakıda keçirilməsindən məmnunluğunu bildirən qazaxıstanlı qonaq tədbirə iqtisadiyyat, siyasət sahələrində dünyanın istedadlı gənclərinin toplaşmasını yüksək qiymətləndirmişdir.

Forumun əhəmiyyətindən danışan Z.Pak tədbirin ölkələrarası əlaqələrin inkişafında müstəsna rol oynayacağını əminliklə qeyd etmişdir.

Azərbaycanda ilk dəfə olduğunu deyən qonaq şəhərin gözəlliyindən, Bakının qədim və modern tikililərindən, ölkəmizin sürətli inkişafından söz açmışdır.

Qonaq eləcə də şəhərdəki restoranların, Azərbaycan mətbəxinin, milli yeməklərin çox gözəl olduğunu demişdir.

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 9.