Roman Çukov: Qlobal Gənclər Birliyi Forumunun iştirakçıları Azərbaycan gənclərinin beynəlxalq arenada qazandığı nailiyyətlərdən məlumatlıdır

 

"Qlobal Gənclər Birliyi Forumunun iştirakçıları Azərbaycan gənclərinin beynəlxalq arenada qazandığı nailiyyətlərdən məlumatlıdır".

Bu sözləri AzərTAc-a müsahibəsində Dünya İqtisadi Forumu (Davos Forumu) Qlobal Gənclər Birliyinin Bakıda "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda keçirilən forumunun iştirakçısı, "Y20 Russia 2013" təşkilatının rəhbəri Roman Çukov demişdir.

O, forum çərçivəsində Bakının görməli yerləri ilə tanış olduqlarını bildirərək demişdir: "Azərbaycanda gedən sürətli inkişaf hamı kimi məni də heyran etdi. Yeni modern binalar Bakının cazibədar mənzərəsini daha da gözəlləşdirir".

Qlobal Gənclər Birliyi Forumunun əhəmiyyətini yüksək qiymətləndirən R.Çukov gələcək əməkdaşlıq baxımından belə tədbirlərin vacibliyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, forum çərçivəsində keçirilən müzakirələr digər ölkələrin gənclər sahəsində qazandığı nailiyyətlərin mübadiləsi istiqamətində atılan çox gözəl addımdır.

 

 

Azərbaycan.- 2013.- 9 aprel.- S. 9.