Aleksey Kudryavtsev: “Biz zəngin təcrübəmizi
Azərbaycanda da tətbiq edə biləcəyimizə
ümid bəsləyirik”
"Biz zəngin təcrübəmizi
Azərbaycanda da tətbiq edə biləcəyimizə
ümid bəsləyirik".
Bu
sözləri "AİTF-2013" XII Azərbaycan Beynəlxalq
turizm və səyahətlər, "HOREX Caucasus 2013" VII
Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər
üçün avadanlıq və ləvazimatlar sərgilərinin
iştirakçısı, "WANZL" şirkətinin
Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri
Aleksey Kudryavtsev AzərTAc-a müsahibəsində demişdir
Qonaq
qeyd etmişdir ki, "WANZL" şirkəti
alış-veriş arabalarının istehsalı üzrə
dünya lideridir. Biz Almaniya, Fransa, Çexiya, Çin və
ABŞ-da il ərzində 2,5 milyondan çox araba istehsal
edirik. Bu gün bizim stendimizdə istehsal etdiyimiz məhsulların
nümunələrini, eləcə də mehmanxana
avadanlıqlarını görə bilərsiniz.
Məhsullarımız
arasında yüklər, mehmanxana xidmətçiləri,
camaşırların toplanması və s. üçün səyyar
servis səbətlərinin tam çeşidi mövcuddur.
Metal, taxta və plastik materialların emalı üzrə
üsullarımız sayəsində şirkətimiz universal
sistemlər təklif etməklə yanaşı, həmçinin
müştərilərin fərdi tələblərini yerinə
yetirmək üçün ən yeni ideyaları da yerinə
yetirir.
Müştərilər
yüksək keyfiyyətə, eksklüziv dizayna və məşhur
istehsalçı brendlərin zəmanətinə malik məhsullar
əldə etmək arzusundadırlar. Biz mağazaların
avadanlıqlarla təchiz edilməsi sahəsində ticarət
zonasının dizaynının işçi konsepsiyasından
tutmuş layihənin tam şəkildə həyata
keçirilməsinə qədər kompleks həll
variantları təklif edirik.
Azərbaycan
paytaxtında ilk dəfə olduqlarını deyən
A.Kudryavtsev bildirmişdir ki, "Bakı Ekspo" sərgi və
toplantı mərkəzi bizim çox xoşumuza gəlir. Burada
infrastruktur çox münasibdir və təşkilatçılıq
yüksək səviyyədədir. Stendlərdə heç
bir problemlə qarşılaşmırıq və buna görə
də əminliklə ilk müştərilərimizi gözləyirik.
Həmçinin biz yerli sahibkarlarla əməkdaşlığın
perspektivlərinə əminik. Çünki biz burada
yaxşı potensialın olduğunu görürük. Ölkəniz
dinamik şəkildə inkişaf edir və insanların rifah
səviyyəsi getdikcə yüksəlir. Məhz buna görə
də yerli bazarla qarşılıqlı səmərəli əlaqələr
üçün ümid yaranır.
Azərbaycan.- 2013.- 9 aprel.- S. 9.