İki xəyanətkarın dueti

 

Yazıçı ilə kinorejissorun erməni sevgisi

 

Əlbəttə, duetin yalnız musiqiyə, ifaya aidiyyəti var. Elə mahnı var ki, onu ancaq iki müğənni ifa etməlidir.

Deyəsən, bu məsələnin son zamanlar yalnız incəsənətə deyil, "siyasət"ə dəxli var imiş. Bəzən mədəniyyətdə, incəsənətdə özünü qismən tapan, müəyyən formalarda tamaşaçı kütlənin rəğbətini qazananları başgicəllənməsi elə tutur ki, özlərini xalqın sözçüsü, ziyalısı, təəssübkeşi kimi göstərməyə çalışırlar. Amma bu sahədə axsadıqları üçün kütlə psixologiyasından da geri qalan davranışları, bir qədər dəqiqləşdirsək, sənətə sənətsevərlərə xəyanətləri onları "pat" vəziyyətinə salır.

Təəssüf ki, son vaxtlar belə hallarla qarşılaşırıq. Mədəniyyət incəsənət aləmində özünə "karyera" tutmuş, dövlətdən xalqdan layiq olduğundan da qat-qat artıq dəyər almış milli xəyanətkar ünsürlər bizdə var onların "maskalar"ı yırtıldıqca "sima"ları üzə çıxır.

Uzun müddət kinorejissor kimi tanınmış Rüstəm İbrahimbəyovun mədəniyyət incəsənət sahəsində "karyera" tutması (keçmiş sovetlər dövründən başlayaraq),  dövlət hökumət tərəfindən bir sıra imtiyazlar əldə etməsi ona bəs etməmiş, özünü siyasət meydanında sınamağa başlamışdı ki, bu da uğursuzluqla nəticələnmişdir. Təəssüf ki, ya vaxtilə tutduğu "karyera", ya sovetlər dövrünün nostalji hissləri, ya da ermənilərə olan məhəbbəti onu yolundan çıxararaq "siyasət meydanı"na tullayıb ki, bura da onun üçün  "yeddinci qitə"dir, "nala-mıxa vurur".

Rüstəm İbrahimbəyovun bir kinorejissor kimi fəaliyyətinin "pərdəarxası oyunlar"ı üzə çıxdıqca onun ermənilərə sevgisi özünü gizlədə bilmədi. Bu isə, təbii ki, torpağında boy atdığı, şan-şöhrətə çatdığı vətənə xəyanətdən savayı bir şey deyil! Bu xəyanətə aparan yolda Rüstəm İbrahimbəyov tək deyil. Bir qrup züy tutanları da var ki, onlar bizim dildə  danışslar da, düşüncələri xəlqidir, milli. Ermənipərəst mövqeləri ilə seçilən belə nankorlar dövlətçiliyimizə xəyanət yolu seçmələri ilə digər satqınlardan  "irəli çıxıblar".

Bu dəfə "duet"in "ifaçıları" Rüstəm İbrahimbəyovla Əkrəm Naibovdur. "Ziyalılar Forumu" adlanan qurumun həmtəsisçilərindən biri, "Milyarderlər İttifaqı"nın üzvü Rüstəm İbrahimbəyovun son günlər daha bir antimilli addım atması geniş ictimaiyyətin ona qarşı hiddət nifrətini artırıb. Rusiyanın "Rosbalt" informasiya agentliyinə müsahibə verən kinorejissor həmfikri Əkrəm Naibovun ermənipərəst mövqeyini müdafiə etməklə, əslində, "bir güllə ilə iki dovşan vurmaq" oyununu oynamaq istəyib, buna qədər nail olması isə tamamilə özgə bir mövzunun söhbətidir. Bununla ermənilərə (əslində isə şovinizm siyasətinin tərəfdarlarına) yarınan Rüstəm İbrahimbəyov onları Əkrəm Naibov kimi məzlum, yazıq, soyqırımına məruz qalan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları obrazında təqdim edir.

Maraqlıdır, Rüstəm İbrahimbəyovu vadar edən nədir ki, ermənilərin müdafiəsinə qalxıb təcavüzkar Ermənistanla əraziləri 20 faiz işğala məruz qalan, bir milyondan artıq qaçqın məcburi köçkünü olan Azərbaycanı eyniləşdirir? Bu, nəinki rəzilliyin, satqınlığın göstəricisidir, əslində milli dövlətçiliyə arxadan zərbə, xalqa xəyanət deməkdir! Rüstəm İbrahimbəyovun Azərbaycan dövlətinin xalqının üzləşdiyi faciələr silsiləsindən xəbəri yoxdur. Bəlkə ona xatırlatmaq lazımdır ki, ermənilər Xocalını, Qaradağlını, Bağanis Ayrımı, Kərkicahanı, Ağdabanı yerlə yeksan ediblər?! Məgər "bu gün onlar da azərbaycanlılar kimi baş verənlərin qurbanıdır" deyəndə xəyalınıza Qarabağ ətrafdakı daha yeddi rayondan zorla çıxarılan, dəhşətli işgəncələrə məruz qalan xalqımız da gəldimi?!

Rüstəm İbrahimbəyovun milli hissləri o qədər ölüb ki, hətta Azərbaycan xalqının tarixi torpaqlarına da şübhə ilə yanaşır. Bilmək olmur ki, Rüstəm İbrahimbəyovda əminlik haradan yaranıb ki, ermənilər Azərbaycan xalqının, daha geniş mənada, türk dünyasının düşməni deyil?! Əkrəm Naibovun bədnam "Daş yuxular"ının xalq tərəfindən təpki ilə qarşılanmasını "ürək ağrısı" ilə dilə gətirən Rüstəm İbrahimbəyov bununla, əslində, həmfikri Əkrəmə haqq qazandırır. Əylis camaatının onu xəyanətkar kimi ittiham etməsindən xoflanan Rüstəm İbrahimbəyov erməni dostlarının Bakıdan köçüb getmələrinin xiffətini çəkir. Lakin çox təəssüf ki, o, işgəncələrə məruz qalan 250 mindən artıq soydaşımızın indiki Ermənistandan 1988-ci ildə  kütləvi halda, hansı əzab işgəncələrlə çıxarılmaları barədə bir kəlmə söz açmır. Çox güman, bu da ondan irəli gəlir ki, onun ətrafında Zori Balayan, Silva Kaputikyan, S.Sarkisyan, Henrix Borovik kimi xalqımızın düşmənlərinin olmasından irəli gəlib. Guya Rüstəm İbrahimbəyov bilmirdi ki, 1987-ci ildən başlayaraq dostları  bağırır ki, "Qarabağ Ermənistana birləşdirilməlidir!"? Erməni əsgərlərinin "vətən borcları" yerinə yetirməsindən guya təəssüflənən kinorejissor, çox güman ki, Qarabağ mövzusunda film çəksəydi, həmfikri Əkrəm Naibovun "Daş yuxular"ını ssenariləşdirərdi. Əkrəmin "roman"ının xalq tərəfindən yandırılmasından yanıqlı-yanıqlı söz açan kinorejissor həmin mənzərəni çəkər bizi  mədəniyyətsiz xalq qismində təqdim edərdi. Dəhşətlisi odur ki, Rüstəm İbrahimbəyov "onlar Qarabağı özlərininki, biz öz torpağımız sayırıq. Məncə, bu, müzakirə mövzusudur. Bu, danışıqlar elmi araşdırmalar mövzusudur" deyirsə, Azərbaycan tarixini şübhə altına almırmı? Daha sonra o, işlətdiyi fikirlərlə sovetlərin həsrətini çəkdiyini ortaya qoyur ki, bu da müstəqilliyimizə xəyanətdir: "Azərbaycan Ermənistan vaxtilə bir dövlət olublar. qədər ki biz bir dövlətdə yaşayırdıq, heç bir torpaq iddiaları yox idi".

Bu, ya məntiqsizliyin, ya da yarınmağın ən ifrat dərəcəsidir. Ermənilərin doğrudanmı torpaq iddiası olmayıb bu gün yoxdur?! Təcavüzkarla işğala məruz qalan ölkənin arasında bərabərlik işarəsi qoyan Rüstəm İbrahimbəyovun  ermənilərsiz Bakının bu füsunkarlığını görə bilməməsi yeni fikir deyil.

Bərabərlik işarəsinə gəlincə, xalq Rüstəmlə Əkrəmin fikirləri arasına onu özü qoyub, hər ikisinin vətənə xəyanəti ilə düşmənə məhəbbəti üst-üstə düşdüyünə görə.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.-10 aprel.-S.7.