Ədliyyə
orqanlarına qulluğa qəbulla
bağlı sənəd qəbulu davam edir və namizədlər ilkin
hazırlıq kursuna dəvət olunurlar
Məlumat verildiyi kimi, 2013-cü il fevral ayının 15-də ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan olunmuşdur və hazırda ərizələrin qəbulu davam edir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə ilə müraciət etmək kifayətdir. Əlavə məlumatları nazirliyin internet səhifəsindən (www.yustice.gov.az), eləcə də 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar.
Nazirlik həmçinin
bildirir ki, müsabiqədə iştirak
edən hüquqşünasların
test imtahanına və
söhbət mərhələsinə
mükəmməl hazırlaşmalarına,
yüksək nəticələr
əldə etmələrinə
kömək məqsədilə
Müsabiqə Komissiyası
onlar üçün
Ədliyyə Akademiyasında
müvafiq hazırlıq
kursu təşkil edir.
Cari il aprel
ayının ikinci yarısından başlanacaq
kursun tədris proqramı əvvəlki imtahanların təcrübəsi
və namizədlər
üçün zəruri
olan sahələr nəzərə alınmaqla
hazırlanmışdır.
Kursda iştirak etmək istəyən namizədlərin
ərizələri Ədliyyə
Akademiyasında (ünvan:
Bakı şəhəri,
Vidadi küçəsi,
158, telefon: 493-71-31) və
ya Nazirliyin Kadrlar idarəsində qəbul olunur.
Test imtahanının vaxtı və yeri barədə
əlavə məlumat
veriləcəkdir.
Azərbaycan.-2013.-10 aprel.-S.7.