Paskal Monye: “Fransa Dağlıq
Qarabağın müstəqilliyini tanımır, bu ərazi suveren Azərbaycanın
tərkib hissəsidir”
Fransanın Azərbaycandakı səfiri Paskal Monye jurnalistlərə
müsahibəsində Fransa parlamentində
Dağlıq Qarabağ ilə rəsmi dostluq qrupunun
yaradılması barədə suala
cavabında demişdir ki,
Fransa Azərbaycanın
suverenliyini və ərazi bütövlüyünü
tanıyır.
Bu informasiyanın həqiqətə uyğun olmadığını bildirən P.Monye demişdir: "Bizim parlamentdə bəzi deputatlar bu təşəbbüslə çıxış etmişlər, lakin bu, rəsmi qrup deyildir, sadəcə, deputatların şəxsi təşəbbüsüdür. Fransada söz azadlığı var və bəzi deputatların belə təşəbbüsü ölkənin rəsmi mövqeyini əks etdirmir. Fransa suveren Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın müstəqilliyini tanımır və bu məsələdə mövqeyimiz dəyişməzdir".
AzərTAc
Azərbaycan.- 2013.- 9 aprel.- S. 10.