DAVOS BAKIYA GƏLİR

 

Hər ilin başlanğıcında beynəlxalq biznesindünya siyasi dairələrinin elitası İsveçrənin Davos şəhərinə toplaşır. Burada bəzi dövlətlərin başçılarının, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri və nümayəndələrinin iştirakı ilə dünya iqtisadiyyatında baş verən proseslər barədə söhbət açılır, uğurlardan danışılır, problemlər təhlil olunur, qarşıdakı dövrdə nəyi necə etmək barədə ilkin fikirlər formalaşır, qərarların qəbulundan ötrü əsaslı qənaətlər müəyyənləşir. Cari ilin yanvarında Azərbaycan Davos İqtisadi  Forumunda yaxından və fəal iştirak etdi, bir növ müstəqilliyinin iyirmi ili ərzində qazandığı nailiyyətlərin təqdimatını keçirdi. Nəticə dözlənildiyindən də uğurlu oldu. Belə ki, aprelin 7-8-də "Cənubi Qafqazın və Mərkəzi  Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumunun) Bakıda keçirilməsi barədə qərar qəbul edildi.

Artıq aprel ayıdır və Davos Bakıya gəlir!

Daha dəqiq desək, Davos Bakıya gətirilir!

Belə bir mötəbər və nüfuzlu qurumun ölkəmizə marağı nə ilə bağlıdır?

Hazırda dünyada qəribə və ziddiyyətli proseslər gedir:

- İldən-ilə ekoloji böhran kəskinləşir, qarşıdakı dövrdə isə bəşəriyyəti  ərzaq və içməli su qıtlığı gözləyir;

- Avropanı bürümüş maliyyə və iqtisadi böhranın fəsadları getdikcə artır, işsizlərin sayı çoxalır, dövlət büdcələrində əhalinin sosial ehtiyacları hesabına ixtisarlar aparılır;

- "Ərəb baharı" adı altında ərəb ölkələrinə ixrac olunan "demokratik inqilablar" insanlara fəlakət və göz yaşları, dövlətə isə dağıntı və xaos, nə vaxt düzələcəyi bilinməyən iğtişaşlar "bəxş edir";

- Nizamlanmamış "uzunömürlü münaqişələr", terrorizmi dövlət siyasətinə çevirən ölkələr, ikili standartlar hələ də sülhə və əməkdaşlığa təhlükə törədir;

- Bütün bunların fonunda yenicə dövlət müstəqilliyi qazanmış dövlətlər çoxsaylı maneələr və təhdidlərlə üzləşməli, təhlükəsizliklərinin təmini yolunda xeyli vəsait xərcləməli olurlar.

Qonşu Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan  müstəqilliyinin ötən dövründə nəinki özünü real təhlükələrdən qorumuş, hətta siyasi, iqtisadi, hüquqi islahatlar keçirərək bazar münasibətlərinin üstünlükləri hesabına sürətli inkişafa da nail ola bilmişdir. Maraqlıdır ki, ölkəmizin görünməmiş inkişafı son on ildə baş vermişdir.

Bəs inkişafın parametrləri hansılardır?

- Son doqquz ildə Azərbaycan ümumi daxili məhsul istehsalının artım  tempinə görə dünya birinciliyini qoruyub  saxlayıb, ölkə iqtisadiyyatı həmin dövrdə 300 faiz artıb;

- Dövlət büdcəsi 1,5 milyard dollardan 25 milyard dollara çatıb, başqa sözlə, 17 dəfə çoxalıb;

- Orta  maaş 500 dollara, orta pensiya 200 dollara çatıb ki, bu da 6 dəfəlik artım deməkdir;

- Yoxsulluq səviyyəsi 7 dəfə aşağı düşərək 7,6 faizə çatıb;

- Azərbaycanın valyuta ehtiyatı 40 milyard dolları keçib, bu xarici dövlət borcunun 10 dəfədən çox  üstələnməsidir;

- Davos İqtisadi Forumunun hazırladığı cədvələ görə Azərbaycan rəqabət  qabiliyyətliliyinə görə MDB- birinci, dünyada 18-ci yerdə qərarlaşıb;

- Keçmiş SSRİ məkanında ən qısa müddətdə ən yüksək əmsalla əhalinin batmış əmanətləri məhz Azərbaycanda qaytarılıb.

Müqayisə üçün xatırladırıq:

- Bu, elə bir zamanda baş  verir ki, inkişaf etmiş dövlətlərin bir qismində böyük büdcə kəsirləri yaranır;

- Əhalinin əməkhaqları pensiyaları azaldılır;

- İşsizlərin sayı günbəgün artır;

- Bir çox ölkələr bankrot təhlükəsi ilə üz-üzə qalır;

- İqtisadiyyatı dirçəldə bilməyən hökumətlər seçiləndən az sonra istefaya göndərilir!

Yəqin ki, çoxları üçün maraqlıdır - dünya iqtisadçıları biznes adamları Azərbaycandan nəyi öyrənmək istəyirlər?

 Şübhəsiz, ilk növbədə hamı bilmək istər ki, böhran dövründə inkişaf təmayülü necə qorunub saxlanılır, hətta qeyri-neft sektorunda 9 faizlik artıma (Azərbaycan neft ölkəsi olduğundan bu xüsusilə vacibdir) nail olunur!

 İnkişafın Azərbaycan modeli necə formalaşıb, onun əsas cəhət   xüsusiyyətləri hansılardır!

 Azərbaycan transmilli layihələri necə gerçəkləşdirə bilir!

 İnvestisiya qoyulan dövlətdən  xaricə investisiya yatıran ölkəyə necə çevrilmək olar!

Əlbəttə, iqtisadiyyatdan siyasətdən az-çox başı çıxan hər bir azərbaycanlıya bu sualların cavabı aydın asandır!

Azərbaycan daim Heydər Əliyev siyasi kursu ilə irəliləyir. Bu kurs  ölkənin müstəqilliyini inkişafını təmin edən yeganə alternativsiz siyasi kursdur!

Azərbaycan iqtidarı daim xalqının böyük dəstəyinə arxalanır, öz siyasətinin mərkəzində sosial-iqtisadi inkişafı ölkə vətəndaşlarının  rifah halının durmadan yaxşılaşdırılmasını saxlayır!

Dövlət başçısı cənab İlham Əliyevin düşünülmüş, sürətli davamlı inkişaf konsepsiyasında ölkə qarşısında duran cari vəzifələr gələcək hədəflərlə uzlaşdırılır, istəklərin reallaşdırılması üçün konkret addımlar atılır!

Hər bir konkret dövrdə Azərbaycan  xalqının dövlətinin iqtisadi, siyasi, mədəni mənəvi inkişafının bütün sahələrinin yüksəlişi üçün dövlət proqramları hazırlanır, onlar qədərincə maliyyələşdirilir, nəzərdə tutulan hər bir bəndin həyata keçirilməsi üçün tədbirlər görülür!

Artıq Azərbaycan xalqı 2020-ci ilədək dövlət tərəfindən hansı işlərin görüləcəyini bu yaxınlarda qəbul edilmiş İnkişaf Konsepsiyasına əsasən gözəl bilir.

Belə inkişaf həm qloballaşma dövrünün tələblərinə dünyanın çağırışlarına da cavab verir!

Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan artıq Avropanın karbohidrogen ehtiyatları ilə təminatında etibarlı tərəfdaşa çevrilmişdir. Onun neft qaz ixrac edən yeddi işlək boru kəməri mövcuddur. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri böyük çətinliklər bahasına ulu öndər Heydər Əliyevin  iradəsi əzmkarlığı nəticəsində reallaşdı. Bu istiqamətdə öz məqsədinə çatan  Azərbaycan iqtidarı həm müsbət təcrübə qazandı. Artıq hansı layihəyə qədər vəsait qoyulacağı, onun haçan gerçəkləşəcəyi gəlir gətirəcəyi, həmin gəlirin isə vaxt yeni layihəni maliyyələşdirəcəyi dəqiq hesablamalar əsasında ortaya qoyulur.

İki sadə misal:

- Bakı-Tbilisi-Ərzurum dəmir yolu xəttinin çəkilişini istəməyənlər vardı onlar dünya bankları tərəfindən bu layihəyə kredit ayrılmasına əngəl törətdilər!

- Azərbaycanla Türkiyənin birgə layihəsi olan Trans-Anadolu qaz  kəmərinin çəkilişinin əleyhdarları az deyildi!

Hər iki transmilli layihənin sənədləşdirilməsi qısa müddətdə başa çatdırıldı daxili imkanlar hesabına maliyyələşdirildi. İlin sonuna Asiya ilə Avropanı birləşdirəcək  bu dəmir yolu xətti istismara veriləcək!

TANAP-ın da vaxtında işə düşəcəyi heç kimdə şübhə doğurmur!

İndi hər iki layihəyə qoşulmaq istəyənlərin sayı artır onlar minnətçi düşməyə başlayıblar...

Son illər ərzində Azərbaycan bir çox sahələr üzrə, həm dəfələrlə dünyaya təqdim olunub. Belə təqdimatlar əsasən ölkəmizdə baş tutub. Onlar hansılardır:

 Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib, Avropa oyunları isə ilk dəfə paytaxt Bakıda baş tutacaqdır;

 "Eurovision" mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsi əcnəbilərin Azərbaycan musiqisi mədəniyyəti, üstəlik təbiəti mətbəxi ilə tanışlığına geniş imkanlar yaratdı;

 Bakıda keçirilən beynəlxalq Humanitar forumlarda təkcə özümüzün yox, dünyanın problemləri, bəşəriyyəti düşündürən məsələlər müzakirə edilir.

Təbii ki, Dünya İqtisadi Forumu da bu baxımdan istisna təşkil etməyəcəkdir. Azərbaycan heç öz uğurlarının sirrini kimsədən gizlətmək niyyətində deyildir. Onun  bir qismini ümumiləşdirilmiş şəkildə sadalamaq da mümkündür:

Azərbaycan qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurur;

 Tərəfdaşlıqda səmimi etibarlıdır;

 Daim xarici investorlara qapıları açıqdır;

  Sahibkarlığın inkişafına dövlət dəstək verir, bu yoldakı maneə əngəlləri qətiyyətlə aradan qaldırır;

 Dövlətlər arasında ikitərəfli əlaqələrə xüsusi önəm verilir, əlverişli şərtlərlə başqa ölkələrə sərmayə yatırılır;

 Müstəqilliyinin 22-ci ilinə qədəm qoyan Azərbaycan  bu gün təkcə öyrənmir, həm öz təcrübəsini səxavətlə dostları ilə bölüşür.

Bir məsələ şübhəsizdir: Dünya İqtisadi Forumunun iştirakçıları Azərbaycandan əliboş qayıtmayacaqlar! Onlar Avropa ilə Asiya arasında canlı körpüyə çevrilən yeni, modern dövləti görəcək, qonaqpərvər insanları gözəl təbiəti, ləziz xörəklərdən ibarət mətbəxi görməli  yerləri olan ölkə ilə tanışlıqla bahəm, burada  özlərinə yeni dostlar müəyyən təcrübə qazana biləcəklər!

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.-2013.- 5 aprel.- S.5.