Azərbaycan
Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və
İnkişaf Bankı idarə heyətinin üzvlərini qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 9-da Avropa Yenidənqurma və
İnkişaf Bankı idarə heyətinin üzvlərini qəbul
etmişdir.
Görüşdə
idarə heyətinin üzvlərinin ölkəmizə səfərinin
Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf
Bankı arasında strategiyanın hazırlanması
baxımından önəmi vurğulandı.
Həmçinin
görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və
İnkişaf Bankı arasında əməkdaşlığın
müxtəlif istiqamətlərdə, o cümlədən
yol-nəqliyyat infrastrukturu, sosial layihələr,
informasiya-kommunikasiya texnologiyaları, turizm, təhsil, səhiyyə,
kənd təsərrüfatı və digər sahələrdə
inkişaf etdirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2013.- 10 aprel.- S. 2.