Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş naziri zati aliləri cənab
Devid Kamerona
Hörmətli cənab Baş nazir!
Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının keçmiş Baş naziri, görkəmli
siyasi və dövlət xadimi xanım Marqaret Tetçerin vəfatı
xəbəri məni olduqca kədərləndirdi.
XX əsrin
dünya siyasətinin parlaq simalarından biri olan xanım
Marqaret Tetçer Mühafizəkarlar partiyasının
çoxillik rəhbəri və Baş nazir qismində Birləşmiş
Krallığın tarixində silinməz iz qoymuşdur.
Marqaret Tetçer Azərbaycan ilə Birləşmiş
Krallıq arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə,
dostluq və əməkdaşlıq münasibətlərimizin
inkişafına böyük töhfə vermişdir.
Bu
ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə
və Birləşmiş Krallığın bütün
xalqına öz adımdan və Azərbaycan xalqı
adından dərin hüznlə başsağlığı
verirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 9 aprel 2013-cü il
Azərbaycan.- 2013.- 10 aprel.- S. 2.