Bakıda Azərbaycan-Litva biznes
forumu keçirilmişdir
Aprelin
9-da Litva Respublikasının
Baş naziri Alqirdas Butkeviçiusun rəhbərlik etdiyi nümayəndə heyətinin
ölkəmizə səfəri
çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı
ilə Azərbaycan-Litva
biznes forumu keçirilmişdir.
AzərTAc xəbər verir
ki, tədbirdə Azərbaycan və Litva tərəfindən rəsmi şəxslərlə
yanaşı, təhsil,
tikinti, maliyyə,
İKT, bərpa olunan
enerji, ətraf mühitin mühafizəsi,
logistika və s. sahələrdə fəaliyyət
göstərən 100-dən çox iş adamı iştirak etmişdir.
Biznes forumdan əvvəl Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçius Bakı Biznes Mərkəzində Azərbaycanın
sosial-iqtisadi uğurları
barədə təqdimatla
tanış olmuşdur.
İqtisadi inkişaf naziri
Şahin Mustafayev Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçiusun Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda keçirilən Dünya İqtisadi Forumunda iştirakını xüsusi
vurğulayaraq Baş nazirin bu mühüm
tədbirin uğurla keçməsinə töhfə
verdiyini qeyd etmişdir. Azərbaycanın
Avropa İttifaqı ilə əməkdaşlığın
genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdıran nazir Şahin Mustafayev Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin
uğurla inkişaf etdiyini, ölkələrimiz
arasında əlaqələrin
qarşılıqlı dostluq
və hörmət prinsipləri üzərində
qurulduğunu, dövlət
başçılarının qarşılıqlı səfərlərinin,
aparılan danışıqların
ikitərəfli əlaqələrin
inkişafında mühüm
əhəmiyyətini vurğulamışdır.
Bildirilmişdir ki, Azərbaycan və Litva arasında
iqtisadi sahədə əməkdaşlığın inkişafında ötən
ilin aprel ayında Bakıda ikinci iclası keçirilmiş Hökumətlərarası
Komissiyanın fəaliyyəti
də xüsusi əhəmiyyət kəsb
edir.
Nazir Şahin Mustafayev Azərbaycan və Litva arasında tikinti, kənd təsərrüfatı, İKT, bərpa olunan enerji, turizm və s. sahələrdə
əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı
investisiya qoyuluşu üçün böyük
imkanların olduğunu
diqqətə çatdırmış,
iki ölkə arasında indiyədək
biznes forumlar, sərgi və işgüzar görüşlərin
keçirildiyini qeyd etmiş, bu gün keçirilən biznes forumun da yeni əməkdaşlıq
imkanlarının yaranmasına,
iş adamları arasında mövcud əlaqələrin genişlənməsinə,
ikitərəfli ticarət
əlaqələrinin inkişafına
töhfə verəcəyini
vurğulamış, iş
adamlarını fəal
əməkdaşlığa dəvət etmişdir.
Litva Respublikasının
Baş naziri Alqirdas Butkeviçius ölkəmizə səfərindən
məmnunluğunu ifadə
etmiş, Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında xüsusi
rolunu qeyd etmişdir. Baş nazir Litva iqtisadiyyatı
barədə məlumat
vermiş, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin,
iş adamları arasında əlaqələrin
genişlənməsinin Litva-Azərbaycan
iqtisadi-ticarət əməkdaşlığının
inkişafında əhəmiyyətini
diqqətə çatdırmış,
iqtisadi əməkdaşlığın
inkişafı istiqamətlərini
vurğulamış, iqtisadiyyatın
müxtəlif sahələrində,
xüsusilə də
İKT, yüngül sənaye,
kənd təsərrüfatı,
qida sənayesi və s. sahələrdə
əməkdaşlıq üçün
böyük imkanların
olduğunu bildirmişdir.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov
Azərbaycanın biznes
və investisiya mühitinə, Litva Xarici İşlər Nazirliyinin xarici iqtisadi əlaqələr şöbəsinin müdir
müavini Reqimantas Yablonskis ölkəsinin iqtisadi imkanlarına dair təqdimatlarla çıxış etmişlər.
Biznes
forum iş adamları
arasında ikitərəfli
görüşlərlə davam etmişdir.
Azərbaycan.- 2013.- 10 aprel.- S. 4.