Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycana verilən böyük önəmin göstəricisidir

 

Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycana verilən böyük önəmin göstəricisidir.

Bu sözləri Britaniyanın "J.P.Morgan" aparıcı maliyyə şirkətinin direktoru Tom Ketinq AzərTAc-a müsahibəsində demişdir.

Azərbaycanda son illər ərzində iqtisadiyyatın bir çox istiqamətlərində uğurlu layihələrin həyata keçirildiyini qeyd edən qonaq Dünya İqtisadi Forumu çərçivəsində çox nüfuzlu nümayəndələrin Bakıya gəldiyini bildirmişdir.

Qonaq əlavə etmişdir ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verəcəkdir.

T.Ketinq bildirmişdir ki, Bakı Forumunu həm Azərbaycanın, həm də regionun yeni iqtisadi əlaqələrinin qurulması baxımından önəmi böyükdür.

 

 

Azərbaycan.-2013.-10 aprel.-S.5.