Hakan ÖZATA: Azərbaycan Qafqazın
İsveçrəsidir
"Azərbaycan Qafqazın İsveçrəsidir".
Bu sözləri Bakıda keçirilən
Davos İqtisadi Forumunun iştirakçısı, Türkiyənin
"Ekovitrin" jurnalının əməkdaşı
Hakan Özata AzərTAc-a
müsahibəsində demişdir.
H.Özata
bu mötəbər tədbirin dünyanın bir çox
ölkələrindən nüfuzlu şəxsləri bir araya
gətirərək həlli vacib məsələlərin
müzakirəsi üçün gözəl imkanların
yaratdığını qeyd etmişdir.
Ölkəmizin
son 10 ildə heyranedici inkişafa nail olduğunu söyləyən
türkiyəli qonaq Azərbaycanın gündən-günə
güclənən iqtisadiyyatının bir çox dünya
ölkələri üçün örnək ola biləcəyini
də vurğulamışdır.
Qardaş
və dost ölkələrimiz arasında iqtisadi, siyasi, hərbi,
mədəni sahələrdə əlaqələrin
inkişafını yüksək qiymətləndirən Hakan
Özata Azərbaycanın qazandığı
uğurlara toxunaraq demişdir: "Yenidən Azərbaycanda
olmaqdan çox məmnunam. Türkiyə Azərbaycanla
bütün təcrübələrini paylaşır. İki
qardaş ölkələrimizin bir-birinin yanında olması təbiidir.
Türkiyə hər zaman Azərbaycanın haqlı
mövqeyini beynəlxalq arenada dəstəkləyir".
Azərbaycanın
zəngin mədəniyyətə malik olduğunu qeyd edən
H.Özata beynəlxalq miqyasda ölkəmizə marağın
artdığını vurğulamışdır.
Azərbaycan.- 2013.- 10 aprel.- S. 4.