Luvsanvandan BOLDU: Azərbaycanın inkişaf modeli region üçün nümunədir

 

Aprelin 9-da Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Bakıda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Monqolustanın xarici işlər naziri Luvsanvandan Boldu ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə E.Məmmədyarov ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən məmnunluğunu bildirmişdir. Nazir ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin və hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyini vurğulamışdır.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən L.Bold Dünya İqtisadi Forumunun Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulamış, respublikamızda müşahidə etdiyi iqtisadi inkişaf tempindən təsirləndiyini bildirmişdir. Azərbaycanın inkişaf modelinin region üçün nümunə olduğunu vurğulayan qonaq Monqolustanın ölkəmiz ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu demişdir.

 

 

Azərbaycan.- 2013.- 10 aprel.- S. 4.