Andrey Kostin: Azərbaycan neft amilindən, neft gəlirlərindən istifadə edərək qeyri-neft sektorunda sürətli inkişafa nail olub

 

Beynəlxalq Dünya İqtisadi Forumu (Davos Forumu) mötəbər bir qurumdur. Hər il keçirilən bu foruma dünyanın siyasibiznes elitası toplaşır. Burada dünyanın iqtisadi inkişafının perspektivləri müəyyənləşir. Forumda çoxtərəfli və ikitərəfli keçirilən görüşlərdə dövlətlər və transmilli şirkətlər iqtisadi əlaqələr qurmaq üçün danışıqlar aparır, qərarlar qəbul edirlər. Elə buna görə də dünyanın bütün ölkələri və transmilli şirkətlər, beynəlxalq maliyyə qurumları Davos Forumuna xüsusi əhəmiyyət verirlər.

Ölkəmiz də bu mötəbər beynəlxalq təşkilatla yaxından əməkdaşlıq edir. Davos Forumunda bir neçə dəfə Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar digər dövlətlər üçün nümunə göstərilib. Bu da ölkəmizin iqtisadi sahədə beynəlxalq reytinqinin artmasına təkan verir. Xüsusən də dünyada baş verən qlobal maliyyə böhranı şəraitində ölkəmizin qazandığı uğurlar hamının diqqətini cəlb edir.

Xəbər verildiyi kimi, apelin 7-8-də Bakıda Davos Forumunun "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq" mövzusunda toplantısı keçirilmişdir. Ölkəmizə belə etimadın göstərilməsi, yuxarıda qeyd etdiyimiz kimi, iqtisadi inkişaf tempimizbu sahədə qazandığımız uğurlarla sıx bağlıdır. Bakı Forumunda regionun inkişafının bir çox aktual məsələləri geniş şəkildə müzakirə olundu. Tədbirdə son illər regionda hansı islahatların keçirildiyi, kiçikorta sahibkarlığın vəziyyəti, insan kapitalının istifadəsi üçün hansı işlərin görüldüyü  diqqət mərkəzində oldu. Bununla yanaşı, iqtisadiyyatda yerlixarici investisiyaların qoyuluşu, xariciyerli investorların üzləşdiyi problemlər, regionun coğrafi üstünlüyü, tranzit ərazi olaraq ticarətdə regionun rolu, bölgədə sahibkarlığın vəziyyəti və s. mövzular geniş şəkildə müzakirə edildi.

Davos Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab Bakı Forumunu açarkən bildirdi ki, belə tədbirin keçirilməsi Davosda Azərbaycan Prezidenti ilə görüşdə razılaşdırılıb. Qonaq belə bir mötəbər tədbirə ev sahibliyi etməyə razılıq verdiyinə görə dövlət başçısına təşəkkürünü bildirdi.

Klaus Şvabın ölkəmizin iqtisadi uğurları barədə söylədiyi bu fikirlər forumun digər iştirakçıları tərəfindən də qeyd olundu və həqiqətən, Azərbaycan son 10 ildə dünyanın heç bir yerində qeydə alınmayan qeyri-adi bir iqtisadi inkişaf yolu keçmişdir. Ölkəmiz qısa bir müddətdə ümumi daxili məhsul istehsalını 3, sənaye istehsalını 2,5 dəfə artırmağa nail olmuşdur. Həyata keçirilən iqtisadi siyasət nəticəsində işsizliyin səviyyəsi azalaraq 5,2, yoxsulluğun səviyyəsi isə 6 faizə düşmüşdür. Büdcə xərcləri isə 20 dəfə artmışdır.

Forumda Prezident İlham Əliyev çıxış edərkən qeyd etdi ki, indiki halda ölkənin qarşısında duran əsas məqsəd neft gəlirlərini insan kapitalına çevirməkdir. Bu məqsədlə ölkədə qeyri-neft sektorunun inkişafı üçün dövlət özü birbaşa investor kimi çıxış edir. Məsələn, ötən il Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox kapital qoyulub. Bunun 13 milyard dolları daxili investisiyalardır. Azərbaycanda həmçinin ölkəyə xarici sərmayələrin cəlb edilməsinə də böyük əhəmiyyət verilir. Bu məqsədlə mükəmməl qanunvericilik bazası yaradılıb və bunun sayəsində  Azərbaycan xarici sərmayəçilərin etimadını qazanıb. Bunun nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard dollardan çox sərmayə qoyulubbu sərmayədə xarici investorların payı az deyil. Təbii ki, kiçik bir ölkəyə bu qədər sərmayənin qoyulması yalnız həmin ölkəyə olan inamdan irəli gəlir.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti də uğurla həyata keçirilir. Nəticədə ölkəmizdə son illər qeyri-neft sənayesində, o cümlədən aqrarturizm sektorlarında böyük uğurlar qazanılıb. Bir neçə il bundan əvvəl isə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı üzrə heç bir artım nəzərə çarpmırdı. Əksinə, bu sahədə geriləmə ardıcıl şəkildə davam edirdi. Həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin nəticəsində hazırda bu sahələr sürətlə inkişaf edir. İldən-ilə ölkənin daxili tələbatının ödənilməsində və ixracda bu sektorun istehsal etdiyi məhsulların payı artır.

Ölkəmizdə habelə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına nail olmaq üçün uğurlu layihələr həyata keçirilir. Məlum olduğu kimi, cari il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunub. İl ərzində ölkəmizdə bu istiqamətdə böyük işlərin görülməsi planlaşdırılıb. Prezident İlham Əliyev forumdakı çıxışı zamanı qeyd etdi ki, Azərbaycan kosmos sənayesinə malik olan məhdud sayda ölkələr klubunun üzvünə çevrilib. Cari ilin fevralında ilk peykimiz - "Azərspace-1" kosmosa buraxılıb. Bu sahədə qazandığımız uğurlar bizə gələcəkdə iqtisadiyyatımızın daha da inkişaf etdirilməsinə geniş imkanlar yaradacaq. Çünki dünyanın gələcək inkişafını kosmosinformasiya-telekommunikasiya texnologiyalarsız təsəvvür etmək mümkün deyil.

Azərbaycan neft-qaz ölkəsidir və ölkəmizin qazandığı iqtisadi uğurlarda bu amil  mühüm rol oynayır. Bu sahə indi də ölkəmiz, eləcə də regiondünya üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan indi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir. Dövlətimiz Avropa ilə enerji əlaqələrinin qurulması üçün bir sıra yeni layihələr həyata keçirir. Azərbaycan Avropadünya bazarına öz enerji resurslarını çıxarmaq üçün Xəzər dənizindən Aralıq və Qara dənizlərinə dəhliz yaradan ilk ölkədir. Hazırda bu istiqamətdə yeni layihələr də reallaşdırılır. Məsələn, götürək TANAP-ı. Bu, bir Trans-Anadolu boru kəməri layihəsidir. İdeya Azərbaycan tərəfindən verilib, Türkiyə və Gürcüstan bu layihəni dəstəkləyib. Karbohidrogen ehtiyatlarının Avropaya daşınması barədə həyata keçirilən layihələr 100 il ərzində regionun iqtisadi inkişafına xidmət edəcək. Deməli, hələ bundan bir əsr sonra da Azərbaycan Avropadünya üçün əhəmiyyətli ölkə olaraq qalacaq.

Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın VTB Bankının sədri və icraçı direktoru Andrey Kostin də çıxışında bildirdi ki, Azərbaycanda neft sektoru ilə bərabər qeyri-neft sektorunda qazanılan uğurlar təqdirəlayiqdir: "Azərbaycan dövləti düzgün iqtisadi siyasət həyata keçirərək neft amilindən, neft gəlirlərindən istifadə edərək qeyri-neft sektorunda sürətli inkişafa nail olub".

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız isə çıxışında vurğuladı ki, Azərbaycan Türkiyənin enerji sahəsində etibarlı tərəfdaşıdır: "Azərbaycan öz enerji resurslarını Avropa və dünya bazarına çıxarmaq üçün Türkiyə ilə əməkdaşlıq edərək böyük uğurlara imza atıb".

Prezident İlham Əliyev forumdakı çıxışında ölkəmizin qazandığı uğurlar barədə demişdir: "Biz də əslində nailiyyətlərimizi Dünya İqtisadi Forumunun verdiyi qiymətdə görməkdən çox şadıq. Çünki Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 46-cı yerdə qərarlaşdırmışdır və bu sahədə ölkəmiz ardıcıl olaraq dördüncü ildir ki, MDB məkanında birinci yerdədir. Hətta iqtisadi və maliyyə böhranı zamanı iqtisadiyyatımız artmaqda davam etmişdir. Neftin qiymətləri kəskin surətdə aşağı düşdüyü zaman iqtisadiyyatımız yenə də inkişafını davam etdirmişdir. Çünki qeyri-enerji sektorumuz yaxşı nəticələr verməyə başladı. "Fitch", "Standard & Poor's", "Moody's" kimi əsas kredit reytinqi təşkilatları Azərbaycanın kredit reytinqini bu yaxınlarda yaxşılaşdırmışlar. Bu da islahatların yaxşı göstəricisidir".

 

 

Rüstəm KAMAL.

 

Azərbaycan.- 2013.- 11 aprel.- S. 1.